“LOKOMOTİV” İSM-İN GÜLƏŞÇİLƏRİ BEYNƏLXALQ TURNİRİN MÜKAFATLARINI QAZANMIŞLAR
1991-1992-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən yarışmada Rusiyanın 8 vilayətinin, eləcə də Azərbaycan və Türkmənistan komandalarının 200-ə yaxın güləşçisi iştirak etmişdir. “Lokomotiv” İSM-in baş direktoru, məşqçi Mürsəl Qafarovun rəhbərlik etdiyi komandamızın 8 üzvündən 5-i vətənə medalla dönmüşdür.
İdmançılarımız, Fərhad Aydınlı (46 kq), Nurlan Rəsulov (76 kq) birinci, Kamal Məmmədov (50 kq), Fərid Ağaverdiyev (54 kq) ikinci, Zaur İslamzadə (76 kq) üçüncü yer tutmuşlar. Ümumi hesabda Moskva güləşçiləri 1-ci, Volqaqrad təmsilçiləri 2-ci, komandamız isə 3-cü olmuşdur.
Xatırladaq ki, yarışları idarə edənlər arasında respublika dərəcəli hakim Atil Hüseynov da var idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]