London Avropa İttifaqı ilə münasibətlərdə keçid dövrünü uzatmaq istəmir
Bakı, 24 aprel, AZƏRTAC
Böyük Britaniya tərəfi Brexit prosesi üzrə danışıqların sonuncu raundunda Avropa İttifaqını keçid dövrünü uzatmağı planlaşdırmadığı barədə məlumatlandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının Brexit prosesi üzrə baş müzakirəçisi Mişel Barnö mətbuat konfransında deyib. “Britaniya hökuməti danışıqların bu raundunda bizi tranzit dövrünün uzadılması barədə istənilən təklifi rədd edəcəyi barədə məlumatlandırıb”, - deyə o bildirib.
Bu həftə Avropa İttifaqı və Böyük Britaniya nümayəndələri gələcək əməkdaşlıq barədə danışıqların növbəti raundunu keçiriblər.
2020-ci ilin sonlarına qədər ölkə və ittifaq münasibətlərində keçid dövrü davam edəcək. Bu dövr ərzində Böyük Britaniyada Avropa İttifaqının qaydaları qüvvədə qalacaq, lakin London qurumda qərarların qəbulu prosesində iştirak etməyəcək. Böyük Britaniya, həmçinin keçid dövrü ərzində Avropa İttifaqının ümumi büdcəsinə ödənişlər edəcək.
Keçid dövrü bitdikdən sonra ittifaqın qaydaları Böyük Britaniyada işləməyəcək. Hazırda London və Brüssel arasında müxtəlif sahələrdə çətinliklərin yaranmaması üçün gələcək əməkdaşlıq şərtləri barədə danışıqlar gedir. Saziş əldə olunmasa, onların münasibətlərində yeni mərhələyə keçid “sərt” ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]