Londonda 6-cı Türk İcması İncəsənət Sərgisi açılacaq
Bakı, 3 fevral, AZƏRTAC
Yunus Əmrə İnstitutu və Türkiyənin Londondakı baş konsulluğu Böyük Britaniyada yaşayan bütün peşəkarlıq səviyyəsindən olan türk rəssamları üçün açıq olan möhtəşəm istedadlar bayramı - 6-cı Türk İcması İncəsənət Sərgisini təqdim edir. Sərgi martın 5-dən 25-dək davam edəcək.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, sərgi Yunus Əmrə İnstitutunun Fitsroviyadakı London qalereyasında keçiriləcək və əsl yaradıcılıq məkanına çevriləcək. Burada müxtəlif incəsənət əsərləri: rəssamlıq, rəqəmsal sənət, fotoqrafiya, qısametrajlı filmlər, ənənəvi və müasir incəsənət, heykəllər, instalyasiyalar və digərləri təqdim olunacaq.
Bu sərgi geniş auditoriya ilə istedadını bölüşmək arzusunda olan türk rəssamları üçün çox gözəl fürsətdir. Sərgiyə olan maraq son beş ildə Böyük Britaniya və xaricdəki digər türk icmalarından yüzlərlə rəssam və minlərlə ziyarətçini cəlb edərək həndəsi silsilə ilə artıb. Təkcə ötən il sərgidə 60-dan çox rəssamın münsiflər heyəti tərəfindən diqqətlə seçilmiş 140 rəsm əsəri təqdim olunub.
Türkiyə Cümhuriyyətinin Londondakı baş konsulu Bekir Utku Atahan, Yunus Əmrə İnstitutunun Londondakı şöbəsinin direktoru Mehmet Karakuş və Böyük Britaniyada yaşayan məşhur türk rəssamlarından ibarət münsiflər heyəti təqdim olunan işləri qiymətləndirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]