Londonda "Immortal Champions" döyüş turniri keçiriləcək
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Londonda kikboksinq üzrə ənənəvi "Immortal Champions" (Ölməz çempionlar) döyüş turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Britaniya Azərbaycanlıları Assosiasiyasının və "Immortal Champions" idman klubunun rəhbəri Hafiz Baxşəliyevin təşkilatçılığı ilə baş tutacaq turnir 8 Noyabr – Zəfər Gününə həsr ediləcək.
Müxtəlif ölkələrdən peşəkar döyüşçülərin qatılacağı turnir idman yarışı olmaqla yanaşı, Vətən müharibəsində qazanılan tarixi qələbənin, Azərbaycan xalqının qəhrəmanlıq ruhunun və milli birliyinin dünyada təbliğ edilməsi məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]