Londonda Xocalı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq 613 ağac əkilmişdir
London, 16 mart (AZƏRTAC). Londonda Avropa-Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən Xocalı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq keçirilən ağacəkmə kampaniyası başa çatmışdır. Kampaniya çərçivəsində 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində erməni faşistləri tərəfindən qətlə yetirilmiş 613 azərbaycanlının xatirəsinə 613 ağac əkilmişdir.
AZƏRTAC xəbər verir ki, son 13 ağacın əkildiyi tədbirdə AAC-ın təsisçisi və sədri Tale Heydərov təəssüratlarını bölüşmüşdür: “Bu il Xocalı faciəsinin 20-ci ildönümündə soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq 613 ağac əkilmişdir. Bu məkan gələcəkdə bir növ abidə olacaqdır. Biz də hər il buranı ziyarət edəcəyik”.
Mərasimdə, həmçinin Londonda yaşayan azərbaycanlıların tələbə birliklərinin nümayəndələri də iştirak etmişlər.
Ağacəkmə kampaniyası AAC-ın Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar keçirdiyi silsilə tədbirlərdən biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]