Azərbaycan Dövlət İnformasiya Agentliyi

Londonda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib VİDEO

London, 27 fevral, AZƏRTAC

Londonda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Britaniya Azərbaycanlıları Cəmiyyətinin və Londonun Siti Universitetinin Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Londonun Siti Universitetində baş tutub.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək 1992-ci il fevralın 26-da Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş qətliamın ağır nəticələrindən danışıb.

Səfir bildirib ki, Xocalı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması heç də asan olmayıb və bununla bağlı faktların təqdim olunmasına baxmayaraq, hələ də Azərbaycana qarşı qərəzli mövqedən çıxış edənlər var. Xüsusən də Ermənistanda revanşist qüvvələrin mövcud olmasına diqqət çəkən diplomat deyib ki, Prezident İlham Əliyevin söylədiyi kimi, xalqımız hər zaman birlik nümayiş etdirməli və ayıq olmalıdır. İkili standartların dünyada başqa xalqlar üçün də təhlükəli olduğunu qeyd edib və bildirib ki, vaxtında dünya ictimaiyyəti Xocalı soyqırımına qarşı etinasızlıq nümayiş etdirməsəydi, bu gün başqa xalqlara qarşı oxşar hadisələrin də qarşısı alına bilərdi.

O vurğulayıb ki, ədalətin bərpası vacibdir və bu, həm insani, həm də mənəvi məsuliyyətdir. Səfir çıxışında bildirib ki, torpaqların işğaldan azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpası Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın milli birliyi nəticəsində mümkün olub. O, gələcək nəsillərin üzərinə düşən əsas vəzifənin bu cür faciələrin bir daha təkrarlanmaması üçün həmrəyliyi qorumaq və həqiqətləri dünyaya çatdırmaq olduğunu diqqətə çatdırıb.

Tədbirdə “Müharibə uşaqların gözü ilə” layihəsinin təsisçisi Nərminə Məmmədova da çıxış edib. O, şəxsi xatirələrini bölüşərək müharibənin uşaqların taleyində buraxdığı dərin izlərdən danışıb. Bildirib ki, Xocalı faciəsi təkcə statistik rəqəmlər deyil, dağıdılmış ailələr, yarımçıq qalmış uşaqlıq xatirələri və ömür boyu sağalmayan yaralardır. O, uşaqlıq illərində müharibənin ağrılarını hiss etdiyini, qaçqınların yaşadığı çətinlikləri gördüyünü və bu təcrübələrin onun həyat baxışına və ictimai fəaliyyətinə dərin təsir göstərdiyini deyib. Qeyd edib ki, Xocalının xatirəsinə həsr olunmuş layihə və müsabiqə Britaniyada geniş maraq doğurub, onlarla məktəb təşəbbüsə qoşulub. Layihə “ITV News” kimi yerli media orqanlarında, o cümlədən televiziya xəbərlərində və qəzetlərdə işıqlandırılıb.

Çıxışında Xocalıdan sağ çıxmış şəxslərin hekayələrinə də toxunan layihə rəhbəri vurğulayıb ki, həmin insanların yaşadıqları ağrıları ifadə etmək belə çox vaxt mümkün olmur. Onun sözlərinə görə, uşaqların gözü ilə müharibəni anlatmaq həm yaddaşı qorumaq, həm də gələcək nəsillərə həqiqətləri çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirdə, həmçinin çıxış edən Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, diaspor təşkilatlarının əsas məqsədi həqiqətlərin unudulmamasına nail olmaq və gələcək nəsillərə bu faciə barədə düzgün məlumat ötürməkdir.

Tədbir çərçivəsində Zəngilan rayonundan olan və Birinci Qarabağ müharibəsində ailə üzvlərini itirmiş Səyavuş Hüseynov ilə videomüsahibə təqdim olunub. Həmçinin “Müharibə uşaqların gözü ilə” sərgisində müxtəlif ölkələrdən, o cümlədən Böyük Britaniyadan uşaqların təqdim etdiyi rəsmlər və Xocalı həqiqətlərinə həsr olunmuş film nümayiş etdirilib.

Sonda ukraynalı skripkaçı Sofiya Yaborska Xocalı qurbanlarının xatirəsinə ithaf olunmuş həzin musiqi parçaları səsləndirib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Londonda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ursula Fon der Lyayen: Enerji asılılığı rəqabət qabiliyyətimizi və müstəqilliyimizi məhdudlaşdıran əsas amildir

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Buğda qiymətləri üç ilin maksimumuna yüksəlib

Yay üçün ən riskli qidalar hansılardır?

Gənc xanəndə: Doğma Laçında milli musiqimizi səsləndirmək sözlə ifadə olunmayacaq xoşbəxtlikdir

ADNSU ilə Özbəkistan universitetləri arasında elmi əməkdaşlıq genişlənir

Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?

“Əbədi dostluq haqqında Müqavilə” türk dövlətləri arasında yeni əməkdaşlıq mərhələsinin əsasını qoyur – ŞƏRH

Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib

Ağsuda salınan badam bağlarının məhsulu xarici bazarlara da çıxarılacaq - FOTO

ABŞ-nin sutkalıq neft istehsalı 13 milyon 843 min barelə yüksəlib

Autizmli uşaqların təhsilində müəllimin rolu

“TotalEnergies” Rusiyadakı LNG layihəsindən çıxıb

BDYPİ: Yuxululuqla bağlı hadisələrin təkrarlanması ciddi xəbərdarlıqdır VİDEO

BDYPİ: Yuxululuqla bağlı hadisələrin təkrarlanması ciddi xəbərdarlıqdır VİDEO

Türkiyədə azərbaycanlı astrofizik Cəfər Quluzadənin elmi irsinə ehtiramla yanaşılır

Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyevdən

Tanınmış futbolçunun müflis elan olunması üçün məhkəməyə müraciət edilib

Almaniyanın beş əyalətinda ifrat sağçı təşkilatın tərəfdarlarına qarşı əməliyyatlar aparılır

SOCAR və Çin İxrac-İdxal Bankı enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib

Nepaldakı gölün 72 saat ərzində dağıla biləcəyi barədə xəbərdarlıq edilib

III “Ulduz Cup” beynəlxalq turnirinin qalibi müəyyənləşib

Birləşmiş Ştatların neft ehtiyatları artıb

Nazirlik: Sosial siyasət Naxçıvanda yüksək səviyyədə icra edilir

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının rəhbəri Arif Quliyevdən

Bir arzu, bir hədəf, bir universitet

“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Azərbaycanda kolbasa məmulatları istehsalı 12 faizdən çox artıb – QRAFİK

“Laçında ağac becərmək mənim üçün övlad böyütmək qədər əzizdir” - 32 il sonra doğma torpaqda VİDEO

“Laçında ağac becərmək mənim üçün övlad böyütmək qədər əzizdir” - 32 il sonra doğma torpaqda VİDEO

Kredit götürənlərin bilmədiyi hüquqlar hansılardır? – Ekspert rəyi

Əlyazmalar İnstitutu və Özbəkistan alimləri ortaq irsi araşdırırlar

Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrasından danışıb

“GeoCamp” tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir

Elm və təhsil naziri vətəndaşların müraciətlərini dinləyəcək

Cəmi 3 məhsulla başlayan təşəbbüs - indi Türkiyəyə ixrac həyata keçirilir VİDEO

Cəmi 3 məhsulla başlayan təşəbbüs - indi Türkiyəyə ixrac həyata keçirilir VİDEO

Türkiyə qızıl hasilatının həcmini 10 faiz artıracaq

Avropa “Big Tech” asılılığını azaltmaq üçün yeni rəqəmsal yanaşma axtarır

Azərbaycan XİN-dən Rusiyaya çağırış: Səfirlik qarşısındakı təxribat hərtərəfli araşdırılmalıdır VİDEO

Azərbaycan XİN-dən Rusiyaya çağırış: Səfirlik qarşısındakı təxribat hərtərəfli araşdırılmalıdır VİDEO

“Sabah”ı püşkatmada təmsil edəcək şəxslər müəyyənləşib

Astanada Azərbaycanın milli incəsənəti və pəhləvanlıq ənənələri təqdim olunub

Bakı metrosu “Qarabağ”ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək VİDEO

Bakı metrosu “Qarabağ”ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək VİDEO

Böyük Britaniyada salmonellaya yoluxanların sayı 500-ə yaxınlaşıb

Nizami və Nəvai irsi yeni tədqiqatda

Azərbaycan bu Avropa İttifaqı ölkəsinə məhsul ixracını 338,9 dəfə artırıb – QRAFİK

Azərbaycan və Özbəkistan arasında əlyazmaların surətlərinin mübadiləsinə dair təşəbbüs irəli sürülüb

Almaniya şirkətinin baş direktoru: Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin nəqliyyat əlçatanlığını yaxşılaşdıra bilər – ŞƏRH

“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb

Pedaqoji Universitet boş qalan yerlərə qəbul elan edir

Adil Kərimli Laçın şəhərində vətəndaşların müraciətlərini dinləyib

“Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 457-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

4SİM-in dəstəyi ilə sənaye 4.0 transformasiyası uğurla həyata keçirilir

Balıqçılıq haqqında
Azərbaycan Respublikasının Qanunu

Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyevadan

Astanada keçirilən ilk “GASTHERM EXPO”nu 2 mindən çox mütəxəssis ziyarət edib

Şahin Diniyev: “Qarabağ”ın mərhələ adlamaq üçün üstünlükləri var

Emin Əmrullayev “Maarifçi”lərin suallarını cavablandırıb

® Təhsil Tələbə Krediti Müqaviləsi “SİMA İmza” ilə tam rəqəmsal! VİDEO

® Təhsil Tələbə Krediti Müqaviləsi “SİMA İmza” ilə tam rəqəmsal! VİDEO

Atasına verdiyi vədi yaşadan Zəhra BDU tələbəsi oldu

Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb

Politoloq: Azərbaycan–Özbəkistan əməkdaşlığı Mərkəzi Asiya ilə Avropa arasında yeni geoiqtisadi bağlantılar yaradır

“Qarabağ”ın oyunu ilə əlaqədar stadionunun qarşısındakı mübadilə mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb

Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub

Arzu Əhmədova: Özbəkistan Milli Uşaq Tibb Mərkəzi Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Ənənəvi sənət, müasir imkanlar - Toxuculuq sənətinin sirləri “ABAD”çının əl işlərində VİDEO

Ənənəvi sənət, müasir imkanlar - Toxuculuq sənətinin sirləri “ABAD”çının əl işlərində VİDEO

Naxçıvanda yeni tədris ilindən “Rəqəmsal məktəb” platformasına start veriləcək

Azərbaycan-Özbəkistan münasibətlərindəki yeni mərhələ Türk dünyasının inteqrasiyasına təkan verir – ŞƏRH

Müdafiə Nazirliyi: Türkiyə regionda öz hüquq və maraqlarını qorumağa davam edəcək

Şamaxıda texniki üzüm sortlarının kütləvi yığımına başlanılıb  FOTO  VİDEO

Şamaxıda texniki üzüm sortlarının kütləvi yığımına başlanılıb FOTO VİDEO

“Ukrayna xalq nağılları” nəşr olunub

Almatı-Daşkənd qatarında qadınlar üçün ayrıca vaqon olacaq

AzTU Almaniya universitetləri ilə əməkdaşlığı genişləndirir

“Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub

Ekspert: Yüksək texnologiyatutumlu sahələrə investisiyaların cəlb edilməsi sürətləndirilməlidir

İnvestorların qlobal maliyyə bazarlarında hazırlıq səviyyəsi artırılmalıdır – Ekspert rəyi

“Barselona”nın stadionu 2029-cu il Çempionlar Liqasının finalına əsas namizəddir

Üç beynəlxalq rəqəmsal xidmət təchizatçısı Azərbaycanda vergi uçotuna alınıb

Nepalda sel fəlakəti zamanı azı 8 Almaniya vətəndaşı itkin düşüb

Qayıqla mağara turu: Yaşıl təbiəti ilə seçilən İngiltərənin möhtəşəm bölgəsindən REPORTAJ

Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığında yeni mərhələ: 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi - ŞƏRH

Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər

“Fənərbağça”nın qapıçısı “Barselona”ya keçib

® Sabahdan universitetlərə qeydiyyat başlayır, proses “mygov” üzərindən aparılacaq

Xətai rayonunda “Muğam axşamı” gecəsi VİDEO

Xətai rayonunda “Muğam axşamı” gecəsi VİDEO

Avropa İttifaqının yeni miqrasiya qaydaları sınaq qarşısındadır

Naxçıvanda rəqəmsal xidmətlərə “mygov ID” ilə vahid və təhlükəsiz giriş imkanı yaradılıb

Nepalda daşqın nəticəsində ölənlərin sayı 270-ə çatıb VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 270-ə çatıb VİDEO

Xaçmaz rayonunda yeni dayanacaq pavilyonları quraşdırılır

® “Caspian Energy Club” I Beynəlxalq Meksika-Azərbaycan forumunu təşkil edib

Çinin Baş naziri təbii fəlakət bölgəsinə gedib

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə başlanılır

Nepalda dağıdıcı daşqın: Təxminən 1500 nəfər itkin düşüb

Azərbaycanın 7 stolüstü tennisçisi “Kiçik Avropa çempionatı”nda iştirak edəcək

Kürşad Zorlu: Qarabağda təhsil sahəsində yeni dövr başlayır

İstanbulda su anbarlarının doluluq səviyyəsi kritik həddən aşağı düşüb

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan

Türkiyədəki müəssisələrin təxminən yarısının xidmət sektorunda fəaliyyət göstərdiyi məlum olub

Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək

Berlində İkinci Dünya müharibəsindən qalmış bomba zərərsizləşdirilib

Sel sularının qəzalı vəziyyətə saldığı ərazidə yeni körpü tikilib VİDEO

Sel sularının qəzalı vəziyyətə saldığı ərazidə yeni körpü tikilib VİDEO