Macarıstan Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini bloklayıb
Bakı, 15 fevral, AZƏRTAC
Macarıstan Avropa İttifaqının Rusiya qarşı 13-cü sanksiyalar paketini bloklayıb.
AZƏRTAC “Financial Times” qəzetinə istinadla xəbər verir ki, Avropa İttifaqı səfirlərinin görüşündə sanksiyalara qarşı çıxan yeganə ölkə Macarıstan olub. Budapeşt bunu Rusiyaya qarşı deyil, Çinə qarşı yönələn tədbirlərlə əlaqələndirib.
Yeni sanksiya paketində Rusiya, Çin və digər ölkələrdən 200-dək şəxsə və təşkilata qarşı məhdudiyyətlər nəzərdə tutulur. Sanksiya paketinə Çində fəaliyyət göstərən üç və Hindistanda fəaliyyət göstərən bir kompaniya əlavə edilib.
Yanvarın ortalarında Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin müzakirəsinə başlayıb. Fevralın 24-də qəbul edilməsi planlaşdırılan məhdudiyyətlər yanvarın 17-də Aİ ölkələri səfirlərinin görüşündə müzakirə olunub. Onlar sanksiya siyahısının genişləndirilməsini, əlavə ticarət məhdudiyyətlərini, həmçinin məhdudiyyətlərdən yayınma ilə mübarizə tədbirlərini nəzərdən keçiriblər. Brüssel Moskvaya qarşı yeni sanksiyalar paketini Rusiyanın Ukraynaya hərbi təcavüzünün ikinci ildönümünədək tətbiq etmək niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]