Macarıstanın Baş naziri Gürcüstanın Avropa İttifaqının üzvlüyünə namizədliyini dəstəkləyib
Budapeşt, 13 oktyabr, AZƏRTAC
Macarıstanın Baş naziri Viktor Orban Gürcüstana Avropa İttifaqının üzvlüyünə namizəd statusunun verilməsini ədalətli hesab edib.
AZƏRTAC xəbər verir ki, bu barədə V.Orban oktyabrın 12-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Telavidə (Kaxetiya regionu) keçirdiyi birgə brifinqdə bildirib.
O deyib: “Bu cür addım Avropa İttifaqının da maraqlarına uyğundur. Son 20 ildə Avropa İttifaqına qəbul edilən Şərqi Avropa ölkələri təşkilata dinamizm, enerji gətirib. Bu genişləndirmə prosesi davam etdirilməsə, Avropa İttifaqı rəqabət qabiliyyətini itirəcək”.
Macarıstanın Baş naziri, həmçinin Avropa İttifaqının bir il bundan əvvəl Gürcüstana namizəd statusunu verməkdən imtina etməsindən Macarıstan tərəfinin çox məyus olduğunu və qəzəbləndiyini qeyd edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]