Mahir Məmmədov: Bütün güclü şahmatçıları Azərbaycan çempionatına cəlb etmək istəyirik
Bakı, 19 fevral, AZƏRTAC
"Bu çempionatda çox maraqlı və gərgin görüşlər izlədik".
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov deyib. O, ölkə çempionu olan Ayan Allahverdiyevanın son anda turnirə qatıldığını deyib: "Ayanın uğurları təsadüfü deyil. Onun böyük perspektivi var. Gələcək yarışlarda ona güvənirik".
Onun sözlərinə görə, Azərbaycan qadın şahmatı son illər inkişaf edib: "Bunu beynəlxalq arenalarda qazandığımız uğurlar da təsdiq edir. Qadınlardan ibarət Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasına hazırlaşması üçün xüsusi proqram qurmuşuq. Bu yaxınlarda Gürcüstan yığması ilə görüş də keçirəcəyik. Hədəfimiz növbəti ildən etibarən bütün güclü şahmatçıları Azərbaycan çempionatına cəlb etməkdir".
M. Məmmədov bu ilin aprel ayında İddiaçılar Turnirində iştirak edəcək Nicat Abbasovun yarışdakı şanslarını da dəyərləndirib. "Hazırda Nicat Bakıda güclü şahmat mütəxəssisləri ilə birlikdə yüksək səviyyədə hazırlıq keçir. Onun bu yarışda mübarizəsi bir daha sübut edəcək ki, Azərbaycan şahmat ölkəsidir. Həqiqətən də Nicatın karyerası üçün çox önəmli turnir olacaq. Ona hər zaman dəstək olacağıq".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]