İQTİSADİYYAT
MAKDERMOTT ŞİRKƏTİ AZƏRBAYCANDA YERLİ BİZNESİ DƏSTƏKLƏYİR
Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, MakDermott yerli təchizat şəbəkəsinin inkişafına xüsusi diqqət yetirir və imkan daxilində yerli subpodratçılar və istehsalçılarla əməkdaşlıq edir.
Hesabatın hazırlanması ilə əlaqədar yerli müəssisələrə olan tələbatı müəyyənləşdirmək üçün bp və onun tərəfdaşlarının maliyyələşdirdikləri Bakı Biznes Bölümünün rəhbəri ilə görüş keçirilmişdir. Belə dəyərləndirmənin nəticəsi müəyyən etdi ki, MKKİ-nin Azərbaycanda əməkdaşlıq etdiyi təchizatçıların və subpodratçıların yarısından çoxunu dövlət və fərdi mülkiyyətli, kiçik və orta həcmli yerli biznes müəssisələri və 50 %-dən artıq milli kapital qoyuluşlu birgə müəssisələr təşkil edir.
Yerli şirkətlərlə uzunmüddətli əməkdaşlığı inkişaf etdirməklə, MKKİ Azərbaycan vətəndaşlarının işlə təmin olunmasına yardım, yerli biznes təşkilatlarını dəstəkləmək və ölkənin iqtisadi və sosial durumunu yaxşılaşdırmaq naminə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə daha əsaslı təminat verir.