Azərbaycan Dövlət İnformasiya Agentliyi

Malayziya qurumları Qarabağda məscidlərin və dini abidələrin bərpasında iştirak etmək niyyətindədirlər

Bakı, 12 noyabr, AZƏRTAC

Noyabrın 12-də Milli Məclisin Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Malayziya Parlamenti Nümayəndələr Palatasındakı Malayziya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə qrupun üzvləri ilə onlayn videokonfrans formatında görüş keçiriblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və Malayziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Dato Hacı Mohd Rəşid bin Hasnon, həmçinin Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov iştirak ediblər.

Əli Hüseynli Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanın salamlarını görüş iştirakçılarına çatdırıb və uğurlar arzulayıb. Dost Malayziya ilə parlamentlərarası əməkdaşlığın inkişafına böyük önəm verdiyimizi bildirən birinci vitse-spiker qarşılıqlı səfərləri aktivləşdirməyin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı inkişaf etdirməyin, dostluq qrupları arasında peşəkar əlaqələri yaxşılaşdırmağın vacibliyini qeyd edib.

Bu həftə Azərbaycanda müstəqillik dövrümüzün ən mühüm tarixini - Zəfər Gününü qeyd etdiyimizi bildirən Əli Hüseynli vurğulayıb ki, Ermənistan hökumətinin illər boyu davam edən düşünülmüş siyasi və hərbi təxribatları Vətən müharibəsinə səbəb oldu. Nəticədə Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək öz ərazilərində Ermənistana qarşı əks-hücuma keçdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini uğurla icra etdi, ərazi bütövlüyünü haqlı olaraq bərpa edərək, Ermənistanı məğlubiyyətə uğratdı. Bu, Azərbaycan Prezidentinin və Ordusunun hərbi Qələbəsi idi.

Milli Məclis sədrinin birinci müavini malayziyalı parlamentarların diqqətinə çatdırıb ki, Ermənistanın imzaladığı kapitulyasiya aktına əsasən, daha sonra Ermənistan Azərbaycan ərazilərinin qalan hissəsindən - Ağdam, Laçın və Kəlbəcər rayonlarından qoşunlarını çıxarmağa məcbur oldu. Bu da bizim siyasi qələbəmiz idi. İşğal dövründə o ərazilərdəki İslam abidələri - onlarca məscid, türbələr, ibadət yerləri, mədəniyyət binaları erməni vandalizminin hədəfinə çevrilib. Ermənistanın işğalı zamanı məscidlər donuz və mal-qara üçün tövlə kimi istifadə olunub. Əli Hüseynli bildirib ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad etməklə, həm İslam dəyərlərini və həm də xalqın ləyaqətini qorumuş oldu. Artıq Qarabağ münaqişəsi keçmişdə qalıb və o bölgələrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti işləri aparılır, Zəngəzur dəhlizi vasitəsilə region ölkələri, o cümlədən Ermənistan üçün yeni tranzit imkanları yaranıb.

Milli Məclisin birinci vitse-spikeri Vətən müharibəsi zamanı Malayziyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bərpasına verdiyi siyasi dəstəyi yüksək qiymətləndirdiyimizi vurğulayıb.

Videokonfransda Malayziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Dato Hacı Mohd Rəşid bin Hasnon təmsil etdiyi qurumun parlamentarları adından bu görüşün təşkilinə görə Milli Məclisin Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna təşəkkürünü bildirib, Azərbaycana dəvətə görə minnətdarlıq edib. Azərbaycan xalqının Zəfər bayramı - 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin birinci ildönümü münasibətilə dövlətimizə və xalqımıza təbriklərini çatdırıb.

Dato Hacı Mohd Rəşid bin Hasnon sülh və qarşılıqlı etimad əsasında ikitərəfli əlaqələrin qurulmasına hər zaman dəstək verdiklərini, xüsusilə, Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduqlarını qeyd edib. Ölkələrimiz arasında uzun müddətdən bəri iqtisadi əlaqələrin mövcudluğundan, neft-qaz sahəsindəki səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edib. Ermənistanın işğal dövründə dağıtdığı bölgələrdə hazırda Azərbaycan dövlətinin apardığı quruculuq işlərindən söz açaraq məscidlərin və dini abidələrin bərpasında Malayziya qurumlarının da iştirak etmək istədiklərini diqqətə çatdırıb.

Onlayn görüşdə Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov ölkələrimiz arasında siyasi, iqtisadi və strateji münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Bildirib ki, 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən sonra regionda yeni reallıq formalaşıb. Azərbaycanın haqq işinə dəstək verən ölkələr işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma prosesində iştirak edirlər, növbəti mərhələdə isə investisiya qoyuluşlarını həyata keçirəcəklər. Təbii ki, Azərbaycan ərazi bütövlüyünün bərpası kimi haqq işində ona dəstək vermiş Malayziyanın da şirkətlərinin işğaldan azad olunmuş Qarabağa və ətraf bölgələrə investisiya qoymasında maraqlıdır.

2020-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin iki dəfə artdığını qeyd edən Vüqar Bayramov həm ticari, həm də iqtisadi əlaqələrin inkişafı üçün daha böyük potensialın mövcud olduğunu bildirib. Azərbaycan Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın diversifikasiyası sahəsində həyata keçirilən dərinləşmiş islahatlardan söz açıb, qeyri-neft sektorunun inkişaf etdirilməsi və neftdən asılılığın aradan qaldırılması istiqamətində son illər əldə olunmuş uğurlardan danışıb. Bildirib ki, hazırda ÜDM-in 70 faizə qədəri qeyri-neft sektorunun payına düşür.

Bütövlükdə ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini vurğulayan işçi qrupun rəhbəri qeyd edib ki, Malayziya da neft ölkəsidir, sözügedən islahatlarla bağlı Azərbaycan nümunəsinin tətbiq olunması və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində əməkdaşlığımız da faydalı olar.

Videokonfransda Malayziya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə qrupun üzvü Mamun bin Sulaiman Azərbaycana səfəri səbirsizliklə gözlədiklərini, ölkəmizlə yaxından tanış olmaq istədiklərini bildirib. Həmçinin azərbaycanlı həmkarlarını Malayziyada görmək arzularını diqqətə çatdırıb. Parlament əlaqələri ilə yanaşı, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığa böyük maraq göstərdiklərini vurğulayıb.

Görüşdə Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Emin Hacıyev malayziyalı deputatlara Azərbaycanda yürüdülən dövlət gənclər siyasəti barədə məlumat verib. Parlamentdə gənclərin geniş təmsil olunduğunu bildirib, Azərbaycan gənclərinin ölkə daxilində və beynəlxalq təşkilatlarda fəaliyyətindən söz açıb.

Onlayn görüşdə Malayziya deputatlarını maraqlandıran suallara cavab verilib.

Yekunda Azərbaycanın Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov fikirlərini bölüşüb.

Videokonfransda Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Aydın Hüseynov, Elşən Musayev və Cəbi Quliyev də iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ronaldu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb

“Tvente”nin kapitanı: Bizi pley-ffda “Qarabağ”la iki əla oyun gözləyir

Meşə yanğını ilə əlaqədar Almaniyanın Monşau şəhərində əhalinin təxliyəsinə başlanılıb

Tramp Koreya Respublikası ilə birgə hərbi təlimlərin miqyasının azaldılması barədə tapşırıq verib

İndiana ştatında fırtına və daşqınlar nəticəsində 7 nəfər ölüb

Ölkənin bir sıra rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

Fransa Superkubokunun qalibi bəlli olub

General-mayor Abbasəli Novruzovun dəfn mərasimi Hərbi Memorial Məzarlıqda keçiriləcək

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib

Sentyabrda Böyük Britaniyada növbəti isti hava dalğası proqnozlaşdırılır

Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib

İmişlidə şin partlayıb, usta xəsarət alıb

Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib

Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir

"Neftçi" yeni mövsümə inamlı qələbə ilə start verib

Azərbaycan badmintonçuları Bakıda keçirilən beynəlxalq turniri 4 medalla başa vurublar

Almaniyada meşə yanğınları baş verən bəzi bölgələrdə vəziyyət sabitləşir

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

Bu saata olan əsas xəbərlər

"Sabah" və "Qarabağ"ın oyunları avrokuboklara görə təxirə salınıb

Rumıniyanın Maramureş regionu ilə Xankəndi, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişlənməsi nəzərdən keçirilir

Türk dünyasının arxeoloqları arxeoloji irsin vahid rəqəmsal bazasının yaradılması barədə razılığa gəliblər

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatıb

İranın Qeşm Beynəlxalq Hava Limanında aviareyslərin bərpa olunması planlaşdırılır

Şirvan kanalından kişi meyiti tapılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Polşada 17-ci əsrə aid kilsə yanıb

Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 40-dan çox şəxs saxlanılıb

Ukrayna Müdafiə Nazirliyi Moskva bölgəsində “Wildberries” logistika mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib

Türkiyənin TPAO dövlət şirkətinə yeni neft yataqlarının kəşfiyyatı üçün icazə verilib

Türkiyədə yerli ürək-ağciyər aparatının seriya istehsalına başlanılacaq

"Neftçi" yerli basketbolçu transfer edib

Ukrayna ordusu Rusiyada raket sistemləri istehsal edən zavoda hava zərbələri endirib

Beyləqanda suvarma kanalında batan şəxsin meyiti tapılıb

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

"Qarabağ” Zubirlə yollarını ayırıb

Manqal və fişəng xəbərdarlığı çaşqınlıq yaratdı: Britaniyalılara göndərilən SMS-lər niyə müzakirələrə səbəb oldu?

Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

Həftənin ilk iş günündə hava necə olacaq?

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Britaniyada su qıtlığı zamanı tariflərin artırılması nəzərdə tutulur

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksəkrütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

Rahil Məmmədov: Azərbaycan ilə İsveç arasında əlaqələrin möhkəmləndirilməsi fəaliyyətimin əsasını təşkil edir MÜSAHİBƏ

Böyük Britaniyaya keçməyə çalışan 140-a yaxın miqrant xilas edilib

Macarıstanda yol qəzasında 12 nəfər ölüb

İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

Britaniyada Reform partiyası sosial təminat xərclərini 50 milyard funt sterlinq azaltmağı planlaşdırır

Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - Faktiki hava

“Qafqazinfo”nun 16 yaşı tamam olur

Cənubi Koreya Prezidenti Şimali Koreyaya danışıqlara başlamağı təklif edib

Böyük Britaniyada son 48 saatda 11 böyük yanğın baş verib

ABŞ-də parkda kütləvi atışma baş verib

Milli ruhun alovlu səsi: Bəxtiyar Vahabzadə

İslam Mahaçev UFC tarixinin ən uzun qələbə seriyasını rəsmiləşdirib

Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatını vurub

İndoneziyada 7,7 maqnitudalı zəlzələ 51 nəfərin həyatına son qoyub

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

Berlində “Rave The Planet” texnoparadında on minlərlə insan iştirak edib

“Lala” qasırğası Havay adalarının Böyük adasına yaxınlaşır

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Serbiyada Dunay çayında son 100-150 ilin ən aşağı su səviyyəsi qeydə alınıb

Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var – YENİLƏNİB

Səudiyyə Ərəbistanında Kanada mənşəli şahin 346 min dollara satılıb

Moskva-Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb

Almaniyada meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam etdirilir

Fransada meşə yanğınları fonunda Makron məzuniyyətə çıxdığı üçün müxalifətin tənqidinə məruz qalıb

Mərakeşdə İspaniyanın Seuta anklavına keçməyə çalışan 111 miqrant saxlanılıb

Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib

Qətər XİN İrana məxsus hərbi pilotların əsir götürülməsi barədə iddiaları təkzib edib

Səfər çərçivəsində verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir ŞƏRH

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Beyləqanda bir nəfər suvarma kanalında batıb

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH

Xankəndi və Baia Mare qardaşlaşır - FOTO

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib