Maldiv adalarında dənizdə batan qayıqdan 13 nəfər xilas edilib
Bakı, 3 mart, AZƏRTAC
Maldiv adaları polisinin dalğıcları dənizdə batmış qayıqdan 13 nəfəri, o cümlədən 10 əcnəbini xilas edib.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.
Polisin verdiyi açıqlamada bildirilir ki, dənizdə güclü külək nəticəsində Qan adası yaxınlığında qayığın batması barədə məlumat daxil olub. Dərhal xilasedici dalğıclar əraziyə cəlb olunub. Çətin hava şəraitinə baxmayaraq, axtarış-xilasetmə əməliyyatı uğurla başa çatıb və qayıqda olan 13 nəfər, o cümlədən 10 əcnəbi xilas edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:30]
Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək
- 13.10.2026 [17:14]
İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib
- 13.10.2026 [16:43]