Malidə yanacaq böhranı səbəbindən məktəblərdə dərslər dayandırılıb
Bakı, 28 oktyabr, AZƏRTAC
Mali hökuməti yanacaq çatışmazlığı ilə əlaqədar bazar ertəsindən etibarən ölkə üzrə bütün məktəb və universitetlərdə dərsləri iki həftəlik dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə hökumət bazar günü gecə saatlarında üsyançıların blokada yaratmasından sonra bəyanat yayıb.
Hazırda ölkə boyu benzin və dizel yanacağının çatışmazlığı müşahidə olunur.
Sentyabr ayının əvvəlində “Camaat Nüsrət əl-İslam val-Müslimin” qruplaşmasının silahlıları dənizə çıxışı olmayan bu Qərbi Afrika ölkəsinə yanacaq idxalına blokada tətbiq etdiklərini elan ediblər və o vaxtdan bəri ölkəyə daxil olaraq paytaxta çatmağa çalışan yanacaq daşıyan kolonlara hücumlar təşkil ediblər.
Analitiklər yanacaq blokadasını Mali hərbi hökumətinə təzyiq kampaniyasının bir hissəsi kimi qiymətləndirir və qeyd edirlər ki, silahlı qruplar ölkə iqtisadiyyatının “oksigenini kəsməyə” çalışırlar.
Qeyd edək ki, 2024-cü ildə Mali hökuməti güclü yağış mövsümündən sonra baş verən daşqın səbəbindən dərs ilinin başlanmasını da təxirə salmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]