Maliyyə Nazirliyində Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Maliyyə Nazirliyində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir. Əvvəlcə Xocalı faciəsinin günahsız qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə çıxış edənlər 21 il əvvəl erməni silahlı dəstələri və onların havadarları tərəfindən dinc əhaliyə qarşı törədilmiş Xocalı soyqırımından, eləcə də digər dəhşətli qətliamlardan bəhs etmiş, bu faciənin erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı olduğunu bildirmişlər.
Qeyd olunmuşdur ki, hazırda XX əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir.
Çıxış edənlər Xocalı soyqırımını həyata keçirənlərin gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaqlarını və şəhidlərimizin qanının yerdə qalmayacağına əminliklərini ifadə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]