Mamontun pəncəsində zədələnməmiş xromosomlar aşkar olunub
Stokholm, 12 iyul, Nərgiz Cəfərli, AZƏRTAC
Beynəlxalq tədqiqatçılar komandası tüklü mamontun xromosomlarının necə göründüyünü öyrənə bilib.
AZƏRTAC xəbər verir ki, genetik material qurudulmuş 52 min yaşındakı pəncədən əldə edilib.
İsveçli Svante Paabonun 1980-ci illərin ortalarında 2400 yaşlı mumiyadan DNT-nin ayrılması üzrə yenilikçi işindən bəri qədim DNT-nin axtarışı və ayrılması üsulları daha təkmilləşib. Buna baxmayaraq, tədqiqatçılar nəticədə daha tam gen ardıcıllığını əldə etmək üçün qısa DNT ardıcıllıqlarını daha uzunlara birləşdirə biliblər.
Alimlər ilk dəfə qədim DNT-nin üçölçülü quruluşunu, xüsusən də tüklü mamontun xromosomlarının görünüşünü bərpa edə biliblər.
Nümunə 2018-ci ildə Sibirin şimal-şərqində əbədi donuşluqda aşkar edilmiş mamontun pəncəsindən götürülüb.
Dondurulmuş qurutma sayəsində ayağın genetik kütləsi o qədər yaxşı vəziyyətdə qalıb ki, daşlaşmış xromosomlar tədqiqatçıların adətən qədim DNT axtarışı zamanı tapdıqları fraqmentlərdən milyon dəfə uzun olub. “Cell” elmi jurnalında dərc edilən nəticələr göstərir ki, mamontlarda müasir fillərlə olduğu qədər - 28 cüt xromosom olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]