DÜNYA
MAQATE prezidenti Zaporojya Atom Elektrik Stansiyasına hücumları dayandırmağa çağırıb
![](/files/galleryphoto/2024/1/1200x630/17128699702144664997_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1712869970294051003_1200x630.jpg)
Bakı, 12 aprel, AZƏRTAC
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş direktoru Rafael Qrossi Rusiyanın nəzarətində olan Zaporojya
Atom Elektrik Stansiyasına (AES) birbaşa hücumların mümkün nüvə qəzası riskini əhəmiyyətli dərəcədə artırdığını bildirib və beynəlxalq ictimaiyyəti fəlakətin qarşısını almaq üçün hərəkətə keçməyə çağırıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Qrossi bu barədə Avstriyanın paytaxtı Vyanada keçirilən MAQATE-nin Xüsusi İdarə Heyətinin iclasında çıxış edərkən deyib. O, AES-ə 3 birbaşa hücumdan sonra baş verə biləcək nüvə qəzası və ya fəlakətlə bağlı narahatlığını bölüşüb.
Nüvə qəzasının qarşısını almaq və obyektin bütövlüyünü təmin etmək üçün MAQATE-nin 5 konkret prinsipini poza biləcək hər hansı hərəkətdən çəkinmək çağırışını təkrarlayan Qrossi, beynəlxalq ictimaiyyəti bu çox ciddi vəziyyətlə bağlı gərginliyi azaltmaq üçün fəal işləməyə dəvət edib.