Mariyana Kuyundziç: Azərbaycanlı gənclər yaradıcı və təşəbbüskardırlar
Bakı, 14 noyabr, AZƏRTAC
Bizim təhsilə həsr olunmuş bir neçə tədbirimiz təşkil edilib. Biz Azərbaycan və Avropa İttifaqı arasında əlaqələri gücləndirir və insanlar arasında körpülər yaratmağa çalışırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Avropa İttifaqı (Aİ) və gənclər: Dayanıqlı gələcək naminə" adlı tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç deyib.
O qeyd edib ki, Aİ ilə Azərbaycan arasında körpü rolunu oynayan “Gənc Avropa səfirləri” bu əməkdaşlığa öz töhfələrini veriblər. “Azərbaycanın gəncləri yalnız gələcəyin liderləri deyil, həm də təqaüd proqramları, startaplar və digər bir çox sahədə fəal iştirak edən yaradıcı və təşəbbüskar gənclərdir. Mən özüm Avropada təhsil almışam və bu, mənim taleyimi diplomat kimi formalaşdırmağa mühüm töhfə verib. Bu gün burada toplaşaraq öz uğurlarımızı bölüşmək və yeni ideyaları müzakirə etmək istəyirik”, - deyə səfir əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]