İDMAN
Markus Reşford Ueyn Runinin rekordunu təkrarlayıb
Bakı, 9 fevral, AZƏRTAC
İngiltərə Premyer Liqasının səkkizinci turundan təxirə salınmış “Lids”lə matç (2:2) “Mançester Yunayted”in futbolçusu Markus Reşford üçün əlamətdar olub.
AZƏRTAC xəbər verir ki, 25 yaşlı hücumçu matçda fərqlənməklə Premyer Liqada ardıcıl 6 ev oyununda qol vurmağı bacarıb. Bununla da o, “Mançester Yunayted”in sabiq kapitanı Ueyn Runinin 2012-ci ildə imza atdığı rekordu təkrarlayıb.
Qeyd edək ki, M.Reşford bu mövsüm Premyer Liqada 22 oyunda 11 qol vurub və 3 qolun ötürməsini edib.