Martda Türkiyə ərazisində törədilməsi planlaşdırılan 16 terror aktının qarşısı alınıb
İstanbul, 6 aprel, AZƏRTAC
Mart ayı ərzində Türkiyə ərazisində 86 terrorçu zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər nazirinin müavini İsmail Çataklı bildirib.
Nazir müavini deyib ki, ötən ay terrorçulara kömək göstərməkdə şübhəli bilinən 3059 nəfər saxlanılıb. Onlardan 361-i həbs edilib.
Türkiyədə ötən ay partlayıcı maddə birləşdirilmiş dronla törədilməsi planlaşdırılan 16 terror aktının qarşısı alınıb.
Bundan əlavə, ölkə üzrə narkotik maddələrin dövriyyəsinin qarşısının alınması məqsədilə martın 29-dan aprelin 5-dək keçirilən əməliyyatlar zamanı 5224 nəfər saxlanılıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]