Martın 10-na Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu, əsasən yağmursuz olacaqdır. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaqdır.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacaqdır.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 85-90 faiz, gündüz 70-75 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə zəif duman.
Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10°, bəzi yerlərdə 15°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman, çiskin.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 11-16° isti, dağlarda gecə 1-6° şaxta, yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16°, bəzi yerlərdə 19°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarında
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman, çiskin.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti,
dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.