Martın 11-nə Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu, əsasən yağmursuz olacaqdır. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaqdır. Havanın temperaturu gecə 3-6° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Bakıda gecə 3-5° isti, gündüz 13-15° isti olacaqdır. Atmosfer təzyiqi normadan aşağı - 757 mm civə sütunu təşkil edəcəkdir.
Nisbi rütubət gecə 75-80 faiz, gündüz 60-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaqdır. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12°, bəzi yerlərdə 18°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Havanın temperaturu gecə 1-6°, gündüz 11-16° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 1-6° şaxta, yüksək dağlıq ərazilərdə 7-12° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17°, bəzi yerlərdə 20°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Havanın temperaturu gecə 2-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-4° isti, gündüz 10-15° isti olacağı gözlənilir.