Martın 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
dəyişkən buludlu, əsasən yağmursuz olacaqdır. Səhər və axşam bəzi yerlərdə duman olacaqdır.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 13-17°, bəzi yerlərdə 19°-dək isti, Bakıda gecə 3-5° isti, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-90 faiz, gündüz 70-75 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında
əsasən yağmursuz, gecə və səhər zəif duman olacaqdır.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 13-18°, bəzi yerlərdə 20°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz olacaqdır.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15°, bəzi yerlərdə 19°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
əsasən yağmursuz, gecə və səhər zəif duman olacaqdır.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 15-20°, bəzi yerlərdə 22°-dək isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaqdır.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18°, bəzi yerlərdə 20°-dək isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, yüksək dağlıq ərazilərdə 3-8° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən yağmursuz, gecə və səhər duman olacaqdır.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 15-20°, bəzi yerlərdə 22°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Əsasən yağmursuz. Səhər dağlarda duman. Havanın temperaturu gecə 5-7° isti, gündüz 13-18°, bəzi yerlərdə 20°-dək isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Martın 12-13-də Abşeron yarımadasında komfort temperatur şəraiti müsbət amil olsa da, normadan aşağı atmosfer təzyiqi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.