CƏMİYYƏT
Martın 13-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu, əsasən yağmursuz olacaqdır. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam duman olacaqdır.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20°, bəzi yerlərdə 23°-dək isti, Bakıda gecə 8-10° isti, gündüz 20-22° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında
Əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 15-20°, bəzi yerlərdə 23°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Əsasən yağmursuz. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-16°, bəzi yerlərdə 18°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 4-9° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz,Qusar rayonlarında
Əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, yüksək dağlıq ərazilərdə 0-5° şaxta, gündüz 13-18° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 16-21°, bəzi yerlərdə 24°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər dağlarda duman.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-7° isti, gündüz 14-19° isti olacağı gözlənilir.