Martın birinci ongünlüyündə hava şəraiti az yağıntılı keçib
Bakı, 17 mart, AZƏRTAC
Respublikanın əksər bölgələrində mart ayının birinci ongünlüyündə hava şəraiti az yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 3-5º, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-3º yüksək olması ilə səciyyələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 8º, Lənkəran-Astara, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 10-11º, Gəncə-Goranboyda 10-12º, Şəki-Zaqatalada 8-10º, Gədəbəydə 6º, Ceyrançöl-Tovuzda 8-9º, Quba və Dağlıq Şirvan bölgəsində 6-7º, Naxçıvanda 10º təşkil edib.
Havanın minimum temperaturu Naxçıvan və Gədəbəydə -2º, İsmayıllıda -1º, Qubada -0.2º, Cəfərxan və Lənkəranda 0º, Maştağa, Bərdə, Zərdab, Tovuz, Ceyrançöl, Qəbələ və Zaqatalada 2º, Zəngilan, Şəki və Gəncədə 3º, Acınohurda 4º qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]