Masallı qadınları “Biz birlikdə güclüyük!” devizi ilə keçirilən xeyriyyə aksiyasına qoşulublar
Masallı, 9 aprel, Bağır Əliyev, AZƏRTAC
Masallı qadınları ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə əməl etməklə, “Biz birlikdə güclüyük” devizi altında keçirilən xeyriyyə aksiyasına qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon qadınlarından Şəfa Allahverdiyeva, Dilbər İbayeva, Məhbubə Şahbazova, Mehriban Əkbərova və Elfanə Süleymanova, ümumilikdə, aztəminatlı 17 ailəyə ərzaq yardımı ediblər.
Aksiya iştirakçıları, həmçinin yaşı 65-dən yuxarı olanlarla və aztəminatlı ailələrin üzvləri ilə maarifləndirici söhbətlər aparaq, onları koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməyə çağırıblar.
Yaşılı nəslin nümayəndələri və aztəminatlı ailələrin başçıları bu çətin günlərdə onlara dəstək olan xanımlara minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Masallıda bu nəcib aksiyaya qoşulan xanımların sayı gündən-günə artır.