MASALLIDA 2005-Cİ İLDƏ 2523 İŞ YERİ AÇILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 2005-ci ildə Masallı rayonunda 2 min 523 iş yeri açılmışdır ki, onlardan da 1287-si daimi iş yerləridir.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, sahibkarlığın inkişafı məqsədi ilə inşa edilən istehsal, ticarət və müxtəlif xidmət təyinatlı binaların tikintisi başa çatmaq üzrədir.
2006-cı ilin birinci rübündə istifadəyə verilməsi nəzərdə tutulan həmin obyektlərdə 50 nəfər yeni işlə təmin ediləcəkdir.