Masallıda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tarixi həqiqətlər unudulmamalıdır” mövzusunda tədbir keçirilmişdir
Masallı, 19 mart (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının tədbirlər planına müvafiq olaraq 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə “Tarixi həqiqətlər unudulmamalıdır” mövzusunda keçirilən toplantıda faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
YAP Masallı rayon təşkilatı aparatının rəhbəri Qəşəm Hadıyev mövzu ilə bağlı məruzə etmişdir.
Tədbirdə ermənilər tərəfindən 1918-ci il martın 31-də Bakıda və ölkəmizin digər guşələrində törədilmiş soyqırımı aktları Azərbaycan xalqına qarşı həyata keçirilən ən ağır cinayətlərdən biri kimi qiymətləndirilmişdir.
Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə Azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini vurğulayan tədbir iştirakçıları, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar.
Toplantıda çıxış edənlər 1918-ci ildə Bakı şəhərində və Azərbaycanın bölgələrində ermənilərin törətdikləri qırğınlardan 94 il ötməsinə baxmayaraq, bu soyqırımının xalqın qan yaddaşına əbədi həkk olunduğunu bildirmiş, beynəlxalq təşkilatlar tərəfindən bu soyqırımına siyasi və hüquqi qiymətin veriiləcəyinə əminliklərini ifadə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]