“Mascaret”: Fransızların yarıdan çoxu V Respublikanın ləğvini istəyir
Bakı, 18 dekabr, AZƏRTAC
Bir ildə 4 baş nazirin dəyişildiyi Fransada əhalinin dövlət qurumlarına etimadı azalıb.
AZƏRTAC “Figaro”ya istinadla xəbər verir, “Mascaret” təşkilatının Senat (Parlamentin yuxarı palatası) və yerli KİV üçün keçirdiyi sorğunun nəticələrinə görə, fransızların 85 faizi dövlət qurumlarında islahat aparılmasını istəyir.
Respondentlərin 83 faizi senator və deputatların sayının azaldılmasını, 74 faizi isə seçkilərdə proporsional sistemin tətbiqini istəyir. Rəyi soruşulanların 56 faizi isə ümumiyyətlə V Respublikanın ləğvini və VI Respublikanın qurulmasını istəyir.
Rəy sorğusunda həmçinin, Prezident Emmanuel Makronun reytinqinin ən aşağı həddə endiyi məlum olub. Respondentlərin 75 faizi dövlət başçısı barədə mənfi rəy bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]