Mayotda işsizlik Fransa üzrə orta göstəricidən 5 dəfə çoxdur
Bakı, 11 sentyabr, AZƏRTAC
Fransanın Mayot departamentində işsizlik artaraq 37 faizə çatıb.
AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, bu barədə Fransa Milli Statistika İnstitutu - “Insee” məlumat yayıb. Bildirilir ki, pandemiyadan sonra Fransanın əsas ərazisində işsizlik azalsa da, Mayotda bunun tam əksi baş verib. Qurumun regional nümayəndəsi Veronik Dodin bildirib ki, 2019-cu ildən sonra departamentdə əmək bazarı dağılıb.
Fransa (Mayot xaric) üzrə orta işsizlik göstəricisi 7,3 faizdir. Başqa sözlə, Mayotda işsizlik səviyyəsi ölkə üzrə ümumi göstəricini təxminən 5 dəfə üstələyir.
Bu il baş verən etiraz aksiyaları, su qıtlığı və nəqliyyat problemləri müəssisələrin normal fəaliyyətinə mane olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]