Mədəniyyət işçilərinin kreativ peşə bacarıqları artırılır
Bakı, 10 yanvar, AZƏRTAC
Dinləyicilərin, xüsusən regionlarda çalışan mədəniyyət işçilərinin kreativ peşə səriştələrini artırmaq məqsədilə təşkil olunacaq ixtisasartırma kurslarına hazırlıq mərhələsinə başlanılıb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, kurslarda tədris aparmaq istəyən iddiaçılar üçün yeni yaradılmış Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində açıq dərslər keçiriləcək. Mühazirəçilər arasında sağlam rəqabət mühitinin yaradılması, habelə tədrisin effektivliyini artırmaq məqsədilə ilk mərhələdə açıq dərslər təşkil olunacaq. Sağlam rəqabət fonunda açıq dərsdən uğurla keçmiş iddiaçılar kreativ ixtisasartırma kursunda, habelə canlı yayımla mədəniyyət müəssisələrindən cəlb olunmuş dinləyicilərə dərs keçməsi nəzərdə tutulur.
Keçirilən dərslərin praktik yönümlü olması, müasir çağırışlara cavab verməsi, kreativ peşə səriştlərinin mənimsənilməsi və bu bacarıqların kurs keçmiş dinləyicilər tərəfindən çalışdığı mədəniyyət müəssisəsində iş fəaliyyətində tətbiq etməsi qarşıda duran hədəflərdəndir.
Qeyd edək ki, növbəti mərhələlərdə müxtəlif kateqoriyalı əməkdaşlar üçün keçiriləcək təlimləri mərkəzin saytında onlayn rejimdə izləmək mümkün olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2026 [15:06]
Azərbaycan rəssamlarının əsərləri Çində nümayiş olunacaq
- 16.05.2026 [11:43]
Xalq yazıçısı Elçinin xatirəsinə həsr edilmiş "Baş" tamaşası nümayiş olunub
- 15.05.2026 [23:59]
Mirnaib Həsənoğlu: “Urban Code” bizim memarlıq və vizual yaddaşımızdır
- 15.05.2026 [23:03]
Deputat: Gənc rəssamların əsərləri sərgiyə xüsusi rəng qatır
- 15.05.2026 [22:11]
Bakıda iki qardaş ölkənin dostluq gecəsi VİDEO
- 15.05.2026 [18:43]
Muğama bağlı ömür və müəllim missiyası VİDEO
- 15.05.2026 [17:28]
İstiqlal Muzeyində Qarabağın dirçəlişinə həsr olunan sərgi açılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
16 May - Beynəlxalq İşıq Günüdür
- [15:28]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Həmişə işıqlıqda!
- [11:22]
Sabah Bakıda WUF13 başlayır
- [10:05]