Mədəniyyət Nazirliyinin nümayəndələri ADMİU-da kadr hazırlığı prosesi ilə tanış olublar
Bakı, 1 may, AZƏRTAC
Mədəniyyət naziri Adil Kərimli və nazirlik əməkdaşları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu ilin 100 illik yubileyini qeyd edən universitet üçün əlamətdar olduğunu vurğulayan ADMİU-nun rektoru Ceyran Mahmudova naziri son illərdə ali məktəbin fəaliyyətindəki yeniliklərlə tanış edib.
Nazir Teatr sənəti, Rəssamlıq fakültələri və Audiovizual sənətlər fakültəsinin studiyası ilə tanış olub, dekanlarla görüşərək fikir mübadiləsi aparıb.
Sonra qonaqlar ADMİU-nun SABAH qrupları tələbələrinin ifasında Əməkdar artist Nofəl Vəliyevin quruluşunda Bertolt Brextin "Teresa Karranın tüfəngləri" tamaşasını izləyiblər.