Media: Çin neft əvəzində İran üçün infrastruktur obyektləri tikir
Bakı, 6 oktyabr, AZƏRTAC
Çin İrandan aldığı neftin əvəzində bu ölkədə iri infrastruktur obyektləri inşa edir.
AZƏRTAC xəbər verir ki, “The Wall Street Journal” nəşri bu barədə Qərb ölkələrinin rəsmilərinə istinadla məlumat yayıb. Nəşrin yazdığına görə, İranın Çinə neft tədarükü beynəlxalq bank sistemini kənarda qoyan barter mexanizmi əsasında həyata keçirilir. Bu prosesdə Çinin “Sinosure” sığorta şirkəti və “Chuxin” maliyyə qurumu iştirak edir. Ötən il İran neftinin satışından əldə olunan vəsaitin təqribən 8,4 milyard dolları Çinin bu ölkədə həyata keçirdiyi infrastruktur layihələrinə yönəldilib.
Pekin əsrin əvvəllərindən bəri İranın infrastruktur sektoruna ümumilikdə 25 milyard dollar həcmində sərmayə yatırmağı öhdəsinə götürüb. 2021-ci ildən etibarən Çin şirkətlərinin bu ölkədə həyata keçirdiyi infrastruktur layihələrinin həcmi əhəmiyyətli dərəcədə artıb.
Bununla yanaşı, Tehran neft satışından əldə etdiyi gəlirin bir hissəsini Çin məhsulların birbaşa alışına yönəldir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]