Media: Fransa “Rafale” təyyarələri üçün dronəleyhinə ucuz sursatlar hazırlayır
Bakı, 23 aprel, AZƏRTAC
Fransa “Rafale” qırıcı təyyarələri üçün dronəleyhinə ucuz sursatlar hazırlayır.
AZƏRTAC xəbər verir ki, “Le Parisien” qəzetinin məlumatına görə, layihənin sürətlənməsinə Fransa təyyarələrinin Körfəz üzərində ucuz dronları vurmaq üçün bahalı MICA raketlərindən istifadə etməsi səbəb olub. Belə ki, çoxsaylı və ucuz dronlarla mübarizə aparmaq üçün eyni dərəcədə təsirli, lakin ucuz bir vasitə tapmaq lazım gəlib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 7-də ABŞ Prezidenti Tehranla 2 həftəlik atəşkəs elan edib. Müharibənin 40 günü ərzində 3 min 375 iranlı həlak olub. Tehran və Vaşinqton aprelin 11-də İslamabadda danışıqlara başlasalar da, bir sıra fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [22:09]
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
- 03.06.2026 [21:06]
Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]