Media: İsrail “Hizbullah” komandirini ələ keçirib
Bakı, 3 noyabr, AZƏRTAC
İsrail dəniz qüvvələrinin bir qrup komandosu Livanın şimalında, İsrail sərhədindən 140 km aralıda “Hizbullah” hərəkatının komandirini ələ keçirib. AZƏRTAC xəbər verir ki, bu barədə N12 telekanalı İsrail hərbçilərinin nümayəndəsinə istinadla məlumat yayıb.
Məlumata görə, əsir götürülən “Hizbullah” komandiri İsrailə dindirilmək üçün aparılıb.
Ynet portalı isə bildirib ki, İsrail Hərbi Dəniz Qüvvələrinin “Şayetet-13” əməliyyatı zamanı İmad Amhaz Livanın şimalındakı Batroun kəndində ələ keçirilib. “The Times of Israel” qəzetinin yazdığına görə, o, “Hizbullah” hərəkatının dəniz qüvvələrində aparıcı vəzifələrdən birini tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]