MƏHƏMMƏD PEYĞƏMBƏRİN KARİKATURALARINIÇAP EDƏN NƏŞRLƏR ETİK NORMALARI POZMUŞDUR
AZƏRTAC xəbər verir ki, Avropa Şurasının Baş katibi Terri Devis Məhəmməd Peyğəmbərə karikaturaların dərc olunmasına münasibət bildirərkən, bunun qarşılıqlı hörmət və insanların dini etiqadlarına əsaslanan etik normaları pozduğunu bəyan etmişdir.
T.Devis müsəlman ölkələrində keçirilən etiraz aksiyalarındakı zorakılıq hallarının da qəbuledilməz olduğunu demişdir: “Hər bir şəxs dialoq və qarşılıqlı hörmət əsasında fəaliyyət göstərməli və vəziyyətin gələcəkdə gərginləşməsinin qarşısını almalıdır”.
Baş katib söz azadlığı da daxil olmaqla bütün növ azadlıqların məsuliyyətlə bağlı olduğunu bildirmişdir.