Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məhəmməd Salama: Misir Azərbaycanı həmişə dəstəkləyib

Məhəmməd Salama: Misir Azərbaycanı həmişə dəstəkləyib

Qahirə, 6 fevral, AZƏRTAC

Bu yaxınlarda Misirdə “Qara Yanvar...Sovet qoşunlarının Bakıya soxulması” adlı kitab (ərəb dilində) nəşr edilib. Kitabda Sovet ordusu tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş hərbi cinayətlər ətraflı təsvir olunur, o çətin günlərdə Misir və digər müsəlman ölkələri tərəfindən Azərbaycanın dəstəklənməsi, xalqımızın milli azadlıq mübarizəsi, onun qəhrəmanlığı, azadlıq və müstəqillik əzmi barədə arxiv məlumatları təqdim edilir.

Kitabın müəllifi tanınmış misirli politoloq, yazıçı, MDB məsələləri üzrə ekspert, nüfuzlu “Al-Diplomasy” qəzetinin baş redaktoru Məhəmməd Salama AZƏRTAC-a müsahibəsində Qara Yanvardan bəhs edən bu əsərin əhəmiyyəti və kitaba daxil edilmiş mühüm faktlar barədə söhbət açıb.

Məhəmməd Salama deyib: “Keçmiş sovet qoşunlarının Azərbaycanın paytaxtı Bakıya yeridilməsi və əliyalın dinc sakinlərə qanlı divan tutulması həm mənim, həm də bütün dünyada çoxsaylı azadlıqsevər insanların heysiyyətinə toxunub. Bu kitabda ilk dəfə olaraq Misir parlamentinin, bu ölkənin rəsmi şəxslərinin və Misir KİV-lərinin həmin faciəli hadisələrə münasibəti təqdim edilir. Misir, onun hökuməti, parlamenti, xalqı və KİV-ləri Azərbaycan tarixində ağır faciə olan 20 Yanvar günlərində onun yanında olub. Kitabda toplanmış faktlar göstərir ki, təkcə Misir deyil, bütün ərəb və müsəlman ölkələri, bu ölkələrin xalqları Azərbaycanı, onun müstəqillik hüququnu dəstəkləyib, Mixail Qorbaçovun əmri ilə sovet qoşunlarının törətdiyi vəhşi təcavüzü pisləyiblər”.

Yazıçı qeyd edib ki, kitabda Misir parlamentinin birmənalı mövqeyi əks olunub. Faciədən sonra Misir parlamenti sovet qoşunlarının Bakı şəhərinə müdaxiləsini və dinc sakinlərə qarşı təcavüzünü qətiyyətlə pisləyən bəyanatla çıxış edib. Kitabın müəllifi deyib: “Vurğulamaq istəyirəm ki, keçmiş sovet ordusu tərəfindən törədilmiş bu vəhşiliklər, misli görünməmiş bu cinayət silahsız dinc mülki şəxslərə qarşı yönəldilmişdi, sovet ordusunun tankları dinc vətəndaşları əzirdi. Misir parlamenti, əlbəttə, buna laqeyd qalmadı və Bakıya vəhşicəsinə müdaxilə edilməsini, günahsız dinc vətəndaşların həlak olmasını qətiyyətlə pisləyən bəyanatla çıxış etdi. Beləliklə, Misir parlamenti, ölkənin məsul şəxsləri bu məsələdə qətiyyətli mövqe tutub və Azərbaycanı dəstəkləyiblər. Misir KİV-lərinin mövqeyini də layiqincə qiymətləndirmək lazımdır. Onlar ərəb və müsəlman ölkələri arasında birinci olaraq bu faciəni fəal işıqlandırıb və sovet hərbçiləri tərəfindən törədilmiş cinayəti qətiyyətlə pisləyiblər”.

Məhəmməd Salama Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xüsusi rolunu da xatırladaraq qeyd edib ki, Heydər Əliyev bu hadisələrə birinci olaraq qiymət verib və 20 Yanvar faciəsi barədə həqiqətin dünya ictimaiyyətinə çatdırılması üçün çox səy göstərib. 1990-cı il qanlı 20 Yanvar faciəsinə məhz Heydər Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.

Kitabın müəllifi xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev də 20 Yanvar faciəsi haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi əhəmiyyət verir, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün mühüm addımlar atır, şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşır. M. Salama deyib: “Bu gün bütün dünya bilir ki, Azərbaycanın müstəqilliyinin bərpa edilməsi heç də asan olmayıb. Şəhidlər Azərbaycan xalqının azadlığı və müstəqilliyi yolunda canlarından keçiblər”.

Məhəmməd Salama vurğulayıb ki, kitabda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə xüsusi diqqət yetirilib, kitabın bir fəsli bütünlüklə bu məsələyə həsr olunub, erməni təcavüzünün mənbələri və nəticələri ətraflı təsvir edilib. Kitaba bu münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanmasına dair çoxillik danışıqlar, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi barədə materiallar, habelə Azərbaycan ərazilərinin işğal edilməsinin xronologiyası daxil edilib. Misirli yazıçı deyib: “Kitabda vurğulanır ki, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Ermənistan beynəlxalq təşkilatların qətnamələrinə riayət etməli, beynəlxalq hüquqa hörmətlə yanaşmalı, Azərbaycanın işğal edilmiş ərazilərindəki silahlı qüvvələrini dərhal və qeyd-şərtsiz çıxarmalıdır”.

M. Salama xüsusi vurğulayıb ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı, MDB və digər qurumlar çərçivəsində uzun illər boyu davam edən bu münaqişənin ədalətlə nizamlanması və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının geri qaytarılması üçün çox səy göstərir. Yazıçının sözlərinə görə, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü, müasir və yaxşı hazırlıqlı, müasir silahlarla təchiz olunmuş orduya malikdir. Bu gün regionda ən güclü ordu olan Azərbaycan ordusunun büdcəsi Ermənistanın dövlət büdcəsindən artıqdır.

Agentliyin müsahibi qeyd edib ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Onun fikrincə, Avropa ölkələri və ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli nizamlanması üçün səylərini artırmalıdırlar. Yazıçı hesab edir ki, bu münaqişənin həlli regionda sabitliyi və təhlükəsizliyi təmin edər, bu da öz növbəsində, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayar.

Kitabın müəllifi Məhəmməd Salama söhbətinin sonunda deyib: “Azərbaycan ərazilərinin 20 faizi işğal edilib, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, Ermənistan təcavüzdən əl çəkmir, atəşkəs rejimini daim pozur. Bütün bunlara baxmayaraq Azərbaycanın lideri İlham Əliyev öz ölkəsini tərəqqi və davamlı inkişaf yolu ilə inamla irəli aparır. Son illərdə İlham Əliyevin rəhbərliyi ilə ölkə bütün sahələrdə nəzərəçarpacaq uğurlar qazanıb və bu gün Azərbaycan beynəlxalq aləmdə layiqli yer tutur”.

 

Asya Hacızadə

AZƏRTAC -ın xüsusi müxbiri

Qahirə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası