Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mehriban Əliyevanın ad günündə Lyubov Kazarnovskayaya yazılan məktub

Mehriban Əliyevanın ad günündə Lyubov Kazarnovskayaya yazılan məktub

Bakı, 26 avqust, AZƏRTAC

Rusiyanın populyar mk.ru xəbər portalında şərqşünas Aleksandr Həsənovun bloqunda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günü ilə bağlı material verilib. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xeyriyyəçilik işlərinin vurğulandığı bu yazıya məcburi köçkün, Azərbaycanın ermənilər tərəfindən yerlə-yeksan edilmiş Xocalı şəhərinin sakini Cəmşid Hüseynovun rusiyalı məşhur opera müğənnisi, bu yaxınlarda ölkəmizin işğal altındakı ərazisində qeyri-qanuni səfərdə olmuş Lyubov Kazarnovskayaya ünvanlandığı məktubu əlavə edilib. Məcburi köçkün bu müğənni xanımın hərəkətindən sarsıldığını bildirərək onun məktubunu ünvan sahibinə çatdırmağı xahiş edir, ümidvar olduğunu bildirir ki, ünvan sahibi bu məktuba diqqət yetirəcək və onu oxuyacaq. Bloqda verilmiş materialın sərlövhəsi belədir: “Mehriban Əliyevanın ad günündə Lyubov Kazarnovskayaya yazılmış məktub”. AZƏRTAC həmin materialı təqdim edir.

X X X

Avqustun 26-sı Azərbaycanın birinci xanımının ad günüdür. Bu gün yalnız ən xoş məqamlar - Mehriban xanımın özü kimi estetik, xeyirxah, nəcib və incə mətləblər barədə danışmaq istərdik.

Lakin təəssüf ki, dünyamız yalnız fərəhli anlardan ibarət deyil, hərçənd Azərbaycanın birinci xanımı və onun qızları təkcə öz həmvətənlərinə deyil, başqalarına da kömək etmək üçün əllərindən gələni əsirgəmirlər. Prezident İlham Əliyevin xanımının rəhbərliyi və onların böyük qızı Leylanın dəstəyi ilə Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, həm də Rusiyada, başqa ölkələrdə cəmiyyətin aztəminatlı təbəqələrinə sosial sahələrdə - maddi dəstək, müalicə, təhsil məsələlərində, gənclik layihələrində (Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyi), məktəb binalarının tikintisində, xəstəxanaların təmirində mümkün olan hər cür kömək göstərir.

Heydər Əliyev Fondu elə nadir qurumdur ki, burada başqalarına təmənnasız kömək etmək istəyənlər bu köməyə ehtiyacı olanları özləri tapırlar. Burada özünü alçaltmağa, sədəqə istəməyə, yoxsul olduğunu sübut etməyə ehtiyac yoxdur.

Bulqakov demişkən: “Sizdən güclü olanlardan heç vaxt heç nə istəməyin. Qoy özləri təklif etsinlər və özləri hər şeyi versinlər!”.

Bununla belə, Mehriban xanıma ən səmimi təbriklərimi çatdırmaqla bərabər, mənə daha bir iş tapşırılıb - məktubu elə çatdırın ki, ünvan sahibi imkan daxilində onu oxusun.

Həmin məktub budur:

      “Moskva, Rusiyanın tanınmış opera müğənnisi

Lyubov Kazarnovskayaya

Azərbaycan Respublikasının vətəndaşı,

Xocalı şəhərinin sakini, məcburi köçkün

Cəmşid Hüseyn oğlu Hüseynovun

MÜRACİƏTİ

Hörmətli Lyubov Yuryevna!

Azərbaycanın işğal olunmuş ərazilərinə səfərləriniz və orada həyata keçirməyi nəzərdə tutduğunuz “mədəni layihələr” ilə bağlı Sizə müraciət etməyə məcburam.

Televizora nadir hallarda baxıram, amma müxtəlif televiziya proqramlarında Sizi izləyən tanışlarımın və dostlarımın sözlərinə görə, Siz ədalət hissindən məhrum olmayan vicdanlı adam təsiri bağışlayırsınız. Odur ki, düşünürəm ki, məni başa düşərsiniz.

Mən Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərində anadan olmuşam və uzun illər orada yaşamışam. Bu şəhər barədə eşidib-eşitmədiyinizi bilmirəm. Amma indi onun adı Xatın, Liditse, Sonqmi və Srebrenitsa, yəni günahsız, silahsız insanların damarlarda qan donduran, amansız kütləvi qırğınlara məruz qaldığı şəhərlər ilə yanaşı çəkilir. Deyə bilmərəm ki, varlı yaşayırdıq, heç bir problemimiz və qayğımız yox idi. Amma biz öz torpağımızda, doğma və yaxınlarımızın əhatəsində xoşbəxt idik. 23 il əvvəl isə bu xoşbəxtlik bitdi. Özü də bir gecədə bitdi. Erməni silahlı birləşmələri Rusiya ordusunun yaxınlıqdakı Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə (bu qırğında Rusiya hərbçilərinin iştirak etdiyini sübuta yetirən yüzlərlə sənəd, o cümlədən beynəlxalq hüquq mühafizə təşkilatları tərəfindən təqdim olunmuş sənədlər var) 1992-ci il fevralın 25-dən 26-na keçən gecə şəhərimizi yer üzündən sildilər. Doğma şəhərimin 600-dən çox sakini, o cümlədən uşaqlar, qadınlar, qocalar xüsusi amansızlıqla qətlə yetirildi, minlərlə adam yaralandı və əsir götürüldü. Onların çoxunu şəxsən tanıyırdım. Yaxınlarım, qonşularım idi. Axı, kiçik şəhərlərdə hamı bir-birini qohum kimi tanıyır. Atamı, anamı, qardaşımı, yaxın qohumumu gözümün qabağında öldürdülər. Mən dörd gün ac-susuz, yarıçılpaq vəziyyətdə qar örtüyünə bürünmüş soyuq meşə ilə mühasirədə olan şəhərdən çıxmağa çalışdım. Hər tərəfdə qarın üstünə qətlə yetirilmiş insanların cəsədləri səpələnmişdi. Meyitlər təhqir olunmuşdu, başlarının dərisi soyulmuş, süngüdən keçirilmiş, hamilə qadınların qarınları yarılmışdı (Xocalı faciəsini əks etdirən disk və bir neçə fotoşəkli diqqətinizə təqdim edirəm).

Ağızlarına çullu dovşan sığmayan banditlər hər yerdə boşboğazlıq edib deyirlər ki, guya insanların çıxıb getməsi üçün humanitar dəhliz saxlayıblar. Amma əslində bu dəhlizdən tələ kimi istifadə ediblər. İnanın ki, o qorxunc qırğında salamat qalmış biz xocalılılar əsir düşməkdənsə, ölməyə üstünlük verərdik, çünki erməni əsirliyi yer üzündə əsl cəhənnəmdir. O cəhənnəmdən canını qurtaran insanların danışdıqları damarlarda qanı dondurur: əsirləri təhqir edir, ləyaqətlərini alçaldır, diri-diri yandırır, başlarını kəsirdilər. Bu qorxulu filmin süjeti deyil, gerçək həyat hekayələridir. Ümidvaram ki, Siz ciyər-parası gözü qarşısında qətlə yetirilən ananın əzablarını, ailəsini xilas etmək iqtidarında olmayan atanın ümidsizliyini bir qadın kimi hiss edə bilərsiniz. Düşünürəm ki, 20 ildən çox bu dəhşətli xatirələrlə yaşamağın nə demək olduğunu da başa düşərsiniz.

Valideynlərim, qardaşım gecələr yuxuma girirlər. Bilirəm ki, onların ruhu rahatlıq tapmayıb. Çünki ədalətsizlik hələ də davam edir, torpaqlarımız düşmən tapdağı altında inləyir, doğma yurdumuz, ev-eşiyimiz dağılıb, viran qalıb. Düşünürəm ki, Siz Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edəndə, özgə torpaqlarında yeni həyat qurmağa çalışan adamlarla söhbət edəndə bu ədalətsizliyə göz yumursunuz. Bəlkə də istəmədən, bəlkə də bir çoxları kimi Sizi də çaşdırdıqları üçün. Bu, məsələnin mahiyyətini dəyişdirmir. Bilirsinizmi, dövlətimiz bizim qayğımıza qalır. Bizim üçün hər cür infrastrukturla təmin olunmuş yaraşıqlı və müasir qəsəbələr salınıb. Amma Prezidentimiz İlham Əliyevin tez-tez təkrarladığı kimi, bunlar hər halda müvəqqəti yaşayış yeridir. Biz öz evimizə, doğma ocağımıza qayıtmaq arzusundayıq, uşaqlarımızı və nəvələrimizi orada böyütmək, torpağımızı əkib-becərmək, Qarabağımızın gözəl təbiətini seyr etmək istəyirik. Məgər biz çox şey istəyirik? Amma biz bu fundamental insan hüququndan məhrum edilmişik. Zənnimcə, bəzilərinin hüquqlarını xüsusi cidd-cəhdlə müdafiə edən, başqalarının eyni hüquqlarına isə əsla məhəl qoymayan dünyanın ikili standartlarından təngə gəlmiş bizlərin ağrı-acısını, məyusluğunu başa düşmək dünyanı həssaslıqla və dərindən duyan incəsənət adamı kimi Sizə bir o qədər də çətin olmaz.

Siz etiraz edib deyə bilərsiniz ki, incəsənət siyasətdən çox uzaqdır. Amma gerçək həyat dəfələrlə sübuta yetirib və təsdiq edir ki, çox vaxt incəsənətdən və incəsənət adamlarından mənfur siyasi məqsədlərə çatmaqdan ötrü vasitə kimi istifadə edirlər. Sizdən isə zorakılıq, dinc azərbaycanlıların kütləvi qətlə yetirilməsi və etnik təmizləmə yolu ilə yaradılan separatçı rejimi legitimləşdirmək üçün istifadə edirlər.

Eşitdiyimizə görə, Siz Şuşada erməni opera mərkəzi açmağı planlaşdırırsınız. Nə üçün məhz Şuşada? Erməni operasının qədim Azərbaycan şəhərinə nə dəxli var? Bilmirəm, eşitmişiniz, ya yox (əgər eşitmisinizsə, onda Sizin niyyətiniz böyük hörmətsizlikdir), amma Qarabağı, Şuşanı Azərbaycanın təbii konservatoriyası adlandırırlar. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli, böyük tenorumuz Bülbül, bənzərsiz Rəşid Behbudov və neçə-neçə tanınmış musiqiçilər bu torpağın övladlarıdır. Bəli, bəli, erməni musiqiçiləri deyil, Azərbaycan musiqiçiləri. Məgər bu, Qarabağın kimə məxsus olmasının birbaşa sübutu deyilmi? Suyundanmı, yoxsa havasındanmı, deyə bilmərəm, çünki bu fenomeni hələ heç kəs aydınlaşdıra bilməyib, amma bu torpaqda dünyaya göz açan hər iki azərbaycanlıdan birinin bənzərsiz səsi və kamil eşitmə qabiliyyəti var. Axı, “Qarabağ bülbülləri” anlayışı da boş yerdən yaranmayıb.

Yəqin ki, ucsuz-bucaqsız Rusiyada hazırda opera ifaçılığı mərkəzi yaratmağa və gənc istedadları üzə çıxarmağa ehtiyac olan çox yerlər var. Bunun üçün Sizə ürəkdən minnətdar olarlar. Qarabağa gəldikdə isə opera ifaçılığı mərkəzini orada da yaratmaq olar və hətta lazımdır. Amma yalnız bu torpaqlar işğaldan azad ediləndən, orada sülh və əmin-amanlıq bərqərar olandan, azərbaycanlılar öz doğma yurd-yuvalarına qayıdıb əvvəlki kimi firavan yaşamağa başlayandan sonra. Biz azad edilmiş Şuşada, Qarabağda Sizin ifanızı məmnuniyyətlə dinləyərdik. Bu, düzgün və ədalətli olardı.

Azərbaycan ilə Rusiya arasında çox səmimi və mehriban dostluq münasibətləri var. Zənnimizcə, hər bizimizin, xüsusən tanınmış şəxsiyyətlərin üzərinə bu münasibətlərə zərər vermək deyil, onları möhkəmləndirmək məsuliyyəti düşür.

Ölkələrimizə sülh, əmin-amanlıq, firavanlıq, sabitlik və tərəqqi arzuları ilə,

Cəmşid Hüseyn oğlu Hüseynov

Azərbaycan Respublikası, Abşeron rayonu”

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSLÜZİV

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO