Meksika koronavirusa qarşı 32 milyon “Sputnik V” vaksin dozası sifariş verib
Bakı, 11 sentyabr, AZƏRTAC
Rusiyanın Birbaşa İnvestisiyalar Fondu 32 milyon “Sputnik V” peyvənd dozasının Meksikaya çatdırılması üzrə sazişin imzalandığını bildirib.
AZƏRTAC Interfax agentliyinə istinadla xəbər verir ki, Meksikaya çatdırılacaq vaksin partiyası ölkədə yaşayan hər dörd nəfərdən birini peyvənd etməyə imkan verəcək.
“Sentyabrın 9-da Rusiyanın Birbaşa İnvestisiyalar Fondu və “Landsteiner Scientific” əczaçılıq kompaniyası Meksikaya 32 milyon “Sputnik V” vaksin dozasının çatdırılması barədə sazişin imzalandığını elan edib. Meksikanın dövlət tənzimləmə orqanlarının razılığı alınsa, vaksinlər 2020-ci ilin noyabrında ölkəyə çatdırılmağa başlanılacaq”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, noyabr ayından başlayaraq Braziliyaya 50 milyon “Sputnik V” vaksin dozasının çatdırılması da nəzərdə tutulur.
Qeyd edək ki, Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dimitriev Braziliyanın nəinki klinik sınaqlara qoşulmağa, həm də “Sputnik V” vaksinlərini öz ölkəsində istehsal etməyə hazır olduğunu deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]