Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məktəb direktoru: Distant təhsil müəllimlər qarşısında yeni tələblər qoydu

Məktəb direktoru: Distant təhsil müəllimlər qarşısında yeni tələblər qoydu

Bakı, 14 noyabr, AZƏRTAC

Hazırda bir çox ölkələr COVID-19 infeksiyasının növbəti mərhələsini yaşayır. Yoluxma sayının artması səbəbindən dünya təcrübəsi pandemiya ilə mübarizədə distant təhsilə keçidin qaçılmaz olduğunu göstərdi. Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il noyabrın 2-dən tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil olunur. Bununla əlaqədar Baş nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Qərar imzalayıb. Distant təhsil mövcud vəziyyətdə təhsilin davamlılığına və sistemliliyinə imkan verir. Bu təhsil forması təhsilalanlar və təhsilverənlər arasında əlaqəni elektron resurslar, telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə müntəzəm olaraq məsafədən təşkil edir. COVID-19 infeksiyası ilə əlaqədar Azərbaycanda 2020-ci il martın 11-dən Təhsil Nazirliyi tərəfindən “Teledərslər”ə, aprelin 2-dən isə “Microsoft Teams” platforması üzərindən “Virtual məktəb” layihəsi ilə distant təhsilə start verildi. Hazırda ölkə üzrə təhsilverənlərin 79, təhsilalanların isə 72 faizi “Virtual məktəb”in fəal üzvləridir. Ölkədə mövcud pandemiya şəraitində internetlə bağlı problemlər və kompüter imkanlarının qismən məhdudluğuna baxmayaraq “Virtual məktəb” istifadəçilərinin sayı artma dinamikası üzrə inkişaf edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yasamal rayonu 53 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova söyləyib. O bildirib ki, distant təhsildə dərsin texniki baxımdan daha səmərəli qurulması imkanları və müsbət tərəfləri danılmazdır. Bu təhsil forması ailələrdə valideynlərin və şagirdlərin baxış müstəvisini dəyişərək oyun aləti kimi tanıdığı qurğuları bu gün təhsil alətinə çevirdi. Distant təhsil şagirdlərə sərbəstlik verdi, onlarda müstəqil öyrənmə bacarıqlarını aşıladı, müəllimdən asılılığı azaltdı. Müəllim ancaq istiqamət verən, yönəldən oldu.

Bundan əlavə, bütün valideynlərə bilavasitə istənilən vaxt dərsdə iştirak etmək şansı qazandırdı. Valideynlər həm dərsi izləmək, həm də övladlarının hansı bilik və bacarıqlara sahib olduğuna şahidlik etmək imkanı qazandılar. Bununla yanaşı, dərsdə nizam-intizam qaydalarının nə dərəcədə vacib olduğunu bir daha müşahidə etdilər. Distant təhsildə şagirdlər tədris prosesi ilə paralel olaraq elektron resurslarla işləmək bacarığı əldə edirlər.

“Məktəbimizin müəllim və şagird heyəti dərs ilinin əvvəlindən “Microsoft Teams” proqramından istifadə etməyə başlayıb. İlk vaxtlar proses çətin görünsə də, İKT bilikləri üstün olan müəllimlərin köməyi nəticəsində kollektivin, demək olar, böyük hissəsi “Virtual məktəb” platformasından istifadə edir və qarşılıqlı əməkdaşlığa cəlb olunur. Belə ki, məktəb daxilində müxtəlif qruplarla daha təcrübəli müəllimlər digər həmkarlarına bu istiqamətdə təlimlər keçir və bu proses hazırda da davam edir. Əlbəttə, bu sahədə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən təlimlər xüsusi əhəmiyyətlidir. Müəllimlər həmin təlimlərdən daha çox faydalanır və çətinlikləri aradan qaldırmağa birgə çalışırlar. Artıq müəllimlərimiz məktəbin koordinatorları tərəfindən siniflərə əlavə olunub, məktəb rəhbərliyi tərəfindən tərtib olunan cədvəl üzrə dərslərin tədrisinə başlayıblar. Qısa vaxt ərzində böyük nəticələr əldə olunub, müəllim kollektivinin 98, şagirdlərin isə 85 faizi bu proqramda fəal istifadəçidir. Proqrama qoşula bilməyən az sayda müəllimlər də var ki, onların yaxın vaxtlarda “Virtual məktəb” platformasında tədrisi təmin ediləcək. Şagirdlərdə isə əsas çətinlik bu və ya digər səbəblərə bağlıdır. Onların qoşula bilməmə səbəbləri araşdırılır və hər gün bu sahədə problemlər aradan qaldırılır. Qeyd edək ki, dərslər məktəb rəhbərliyi tərəfindən mütəmadi olaraq izlənilir, müvafiq şəkildə tövsiyələr verilir və iştirakçı sayı barədə qeydiyyat aparılır. Hazırda bu sahədə məktəbimiz nailiyyətlər əldə etməkdədir. Artıq müəllimlərin böyük əksəriyyəti sərbəst şəkildə təqvimdə cədvəl qurur və onun üzərində dəyişiklik apara bilir. Bundan əlavə, təkcə dərsə qoşulmaqla kifayətlənmir, asanlıqla ekranı paylaşır, proqramın təklif etdiyi lövhədən istifadə edə bilirlər. Bu da öz növbəsində dərsin əyaniliyini təmin edir. Əksər müəllimlər bu proqramda tapşırıq verə bilir, testlər hazırlayıb şagirdlərin ixtiyarına verirlər. İnanırıq ki, gələcək günlərdə bu proses daha da təkmilləşəcək və proqramın təklif etdiyi digər imkanlardan da istifadə olunacaq. Etiraf etməliyik ki, canlı dərsləri, müəllim nəvazişini, şagird-müəllim ünsiyyətini və bütün bu münasibətlərdən irəli gələn sosiallaşmanı “Virtual məktəb” platformasında təmin etmək mümkün deyil. Şagirdlər və müəllimlər əyani təhsilə başlanmasını səbirsizliklə gözləyirlər. Bu hissləri 9 noyabr - Azərbaycanda Dövlət Bayrağı Günü münasibətilə məktəbimiz tərəfindən təşkil olunan onlayn tədbirdə şagirdlərin simasından, gözlərindən görmək mümkün idi. Evlərindən əllərində bayraqla Vətənə olan sevgini nümayiş etdirməyə çalışan şagirdlərin və müəllimlərin iştirakı ilə təşkil edilən onlayn tədbirdə həm yüksək coşqu, həm kövrək, həm də həssas məqamlarla dolu anlar yaşanıldı. Şagirdlərin tezliklə məktəbə qayıtmaq, bir yerdə olmaq, əl-ələ tutub bayrağımızı göylərə qaldırmaq niyyətlərini ekranlardan hiss etməmək mümkün deyildi. Lakin mövcud vəziyyətdə təhsilalanların və təhsilverənlərin sağlamlığı, təhlükəsizliyi baxımından ən alternativ, səmərəli çıxış yolu distant təhsilin təşkilidir.

Distant təhsil çağdaş təhsilin formatını dəyişdi, yeni təhsil modeli yaratdı və müəllimlər qarşısında yeni tələblər qoydu. Bu tələblərdən ən vacibi İKT biliklərini əhatə edən kompetensiyaya sahib olmaqdır. Fikrimizcə, gələcəkdə təşkil ediləcək müəllimlərin işə qəbulu və sertifikasiya imtahanlarında bu kimi bacarıqların yoxlanılması üzrə meyarların əlavə olunması günün tələblərindən olacaq",- deyə məktəbin direktoru fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026”da ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahlar məlum olub

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir