MƏKTƏB YENİ DƏRS İLİNƏDƏK İSTİFADƏYƏ VERİLƏCƏK
İcra hakimiyyətinin tikinti və memarlıq şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, smeta dəyəri 209,8 min manat olan binanı “Neftçalakəndtikinti” Açıq Səhmdar Cəmiyyəti inşa edir. İndiyədək 160 min manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. 12 sinif otağı, kitabxana və idman salonundan ibarət olacaq məktəbin bu ilin sentyabrınadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.