Məktəblərdə “Mavi Xəzərimiz” mövzusunda məşğələlər keçirilmişdir
Bakı, 27 sentyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən hər il Beynəlxalq Dəniz Günü ilə əlaqədar sentyabrın 26-dan 30-dək “Xəzər həftəsi” keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Xəzər həftəsi” çərçivəsində sentyabrın 27-də Binəqədi rayonunun 3, 102, 157 və 276 nömrəli orta məktəblərində “Mavi Xəzərimiz” mövzusunda mühazirələr oxunmuşdur.
Nazirliyin mütəxəssisləri Xəzərin ekoloji problemlərinin həlli istiqamətində görülmüş işlər barədə şagirdlərə məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışlar. Məktəblilərə ETSN-in ətraf mühitin mühafizəsi sahəsində təbliğatı gücləndirmək məqsədi ilə hazırladığı videoçarxlar da nümayiş etdirilmişdir.
Nabran, Sumqayıt, Neftçala və Lənkəranın orta təhsil müəssisələrində də “Xəzər həftəsi” qeyd olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]