Məktəblilər üçün stolüstü tennis üzrə “ustad dərsləri” təşkil olunacaq
Bakı, 6 aprel, AZƏRTAC
Bu gün Sabunçu Rayon Gənclər Evində Azərbaycan Stolüstü Tennis Federasiyası və gənclər evinin təşkilatçılığı ilə stolüstü tennisçilər üçün “ustad dərsləri” və gənclər arasında turnir keçiriləcək.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, bu gün həmçinin “Şüa” İdman-Sağlamlıq Kompleksində, “Qarabağ NN” klubunun bazasında, eləcə də bir sıra məktəblərin idman zallarında 2-5-ci sinif şagirdləri üçün “ustad dərsləri” təşkil ediləcək.
“Ustad dərsləri” Avropa çempionatları, eləcə də, İslam Həmrəyliyi Oyunlarının qalibləri, mükafatçıları və digər peşəkar stolüstü tennisçilər tərəfindən göstəriləcək. Bundan başqa, stolüstü tennisə maraq oyatmaq və asudə vaxtın səmərəli təşkili məqsədilə məktəbli idmançılar üçün xüsusi estafet yarışları, hədiyyəli viktorinalar keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]