MEMORANDUM LAYİHƏSİ MÜZAKİRƏ OLUNMUŞDUR
İran İslam Respublikası Xarici İşlər Nazirliyi Baş Konsulluq İdarəsinin rəisi Seyid Rəsul Mühacirin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəvəti ilə bu il noyabrın 30-dan dekabrın 3-dək Bakıda işgüzar səfərdə olmuşdur.
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, səfər zamanı İran İslam Respublikasının nümayəndə heyətini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov qəbul etmiş və Milli Təhlükəsizlik, Daxili İşlər, Ədliyyə nazirliklərinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin məsul şəxslərinin iştirakı ilə “Sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında” memorandumun layihəsinin razılaşdırılması ilə əlaqədar danışıqlar aparılmışdır.
Danışıqların nəticəsində qeyd edilən layihə dövlətlərimizin nümayəndə heyətləri arasında tam razılaşdırılmış və paraflanmışdır.
İran İslam Respublikasının nümayəndə heyəti səfər çərçivəsində, həmçinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi N.Hüseynov və əlaqədar nazirliklərin nümayəndələri ilə görüşmüş və konsulluq sahəsində qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmişlər.
İranın nümayəndə heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]