Mənsum İbrahimov: İndi Üzeyir Hacıbəylinin, Xan Şuşinskinin ruhu şaddır
Bakı, 9 noyabr, AZƏRTAC
Şuşa bizim qürur yerimiz və mədəniyyət paytaxtımız, böyük dahi sənətkarların yetişdiyi bir bölgədir. Mən də öz səsimi məhz o torpaqda qazanmışam.
Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov bu sözləri Bayraq Günündə Fəxri xiyabanı ziyarət edən zaman AZƏRTAC-a müsahibəsində deyib.
“Qələbə günündə Ali Baş Komandanın və Azərbaycanın Müzəffər Ordusunun xalqa yaşatdığı bu sevinc məndə böyük ruh yüksəkliyi yaşadıb. İndi Üzeyirin, Rəşidin, Xan Şuşinskinin ruhu şaddır. Biz mütləq o torpağa qayıdacağıq, o güllələnmiş heykəlləri öz yerinə qoyacağıq, orada musiqi festivalları keçirəcəyik. Mən də orada Qarabağ şikəstəsini oxuyacağam”, - deyə M.İbrahimov əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:37]
Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram
- 29.09.2026 [19:09]