MERİLİN MONRONUN CON KENNEDİYƏ HƏDİYYƏSİ 120 MİN DOLLARA SATILMIŞDIR
“Alexander Autographs” hərrac evinin təsisçisi Bill Panaqopulosun sözlərinə görə, 40-60 min dollar məbləğində dəyərləndirilən saatı naməlum qalmaq istəyən amerikalı kolleksiyaçı almışdır.
Saatda bu sözlər yazılmışdır: “Cekə məhəbbətlə, həmişə olduğu kimi, Merilindən. 29 may 1962-ci il”. Saatın qutusuna məhəbbət şeiri də qoyulmuşdu.
Çox güman, Merilin Monro saatı Con Kennedinin köməkçisi O”Donnellin vasitəsilə çatdırmış, o isə narahatlıq doğuran bu hədiyyədən yaxa qurtarmağı tapşırmışdı. Saatın C.Kennedinin doğum gününə 10 gün qalmış bağışlandığı güman edilir. M.Monro mayın 19-da “Medison Skver Qarden”in səhnəsindən Prezidenti “Doğum günün mübarək” mahnısı ilə təbrik etmişdi. Aktrisanın həmin gecə geydiyi paltar 1999-cu ildə hərracda 1 milyon 267 min dollara satılmışdır.