İQTİSADİYYAT
Mərkəzi Bankda investisiyaların təşviqini dəstəkləyən təşəbbüslər müzakirə edilib
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Azərbaycan İnvestisiya Holdinqinin rəhbər şəxsləri ilə görüşüb.
AMB-dan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində “Azərbaycan İnvestisiya Holdinqinin və onun müəssisə portfelinin korporativ idarəetmə icmalı”nın nəticələri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin maliyyə bazarlarının inkişaf tendensiyaları, investisiyaların təşviqini dəstəkləyən mühüm təşəbbüslər və mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.