Mərkəzi Bankın emissiya etdiyi notların həcmi 3 dəfədən çox azalıb
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının emissiya etdiyi notların həcmi cari ilin ötən dövründə 3 dəfədən çox azalıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir.
“Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq ilin əvvəlindən sterilizasiya əməliyyatlarının həcmini kəskin azaldıb. Oktyabr ayında 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) müvafiq olaraq 7,48 faiz olmaqla faiz dəhlizinin daxilində formalaşıb. Təminatsız bazarda aktivlik yüksək olaraq qalır. Bir gün ərzində baş tutan əməliyyatların orta həcmi oktyabrda 673 milyon manat olub”, - deyə AMB sədri əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:18]
Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
- 09.10.2026 [15:23]
“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır
- 09.10.2026 [15:17]
Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb
- 09.10.2026 [14:41]
® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir
- 09.10.2026 [14:38]