Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirib

Bakı, 17 oktyabr, Ceyhun Rüstəmov, AZƏRTAC

Qarşıdan gələn bələdiyyə seçkilərində aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçki sahəsində bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə dairə seçki komissiyalarının sədrləri üçün oktyabrın 17-də Mərkəzi Seçki Komissiyasının inzibati binasında müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, müşavirə Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən təşkil edilib.

Müşavirəni açıq elan edən MSK sədri Məzahir Pənahov azad, ədalətli və şəffaf şəkildə keçirilən seçkilərin demokratik dünyanın tələblərindən biri olmaqla bərabər, həm də demokratik dəyərlərin inkişafının əsas göstəricilərindən olduğunu bildirdi. O qeyd etdi ki, Azərbaycan Respublikasında azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ilə bağlı bir ənənə formalaşıb. Aparılan uğurlu siyasət nəticəsində bərqərar olmuş ictimai-siyasi sabitlik seçkilərin yüksək səviyyədə və demokratik şəkildə keçirilməsinə hərtərəfli imkan yaradır. Ölkəmizdə seçki praktikası təkmilləşdirilib, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza yaradılıb. MSK sədri azad və ədalətli seçkilərin keçirilməsi üçün məhz dövlətimizin başçısının ciddi mövqeyinin, konkret siyasi iradəsinin, eləcə də diqqət və qayğısının olduğunu vurğuladı. MSK da daxil olmaqla, 125 dairə seçki komissiyasının 100-dən çoxu üçün yeni inzibati binaların tikildiyini, digərlərində isə zəruri yenidənqurma işləri aparılaraq iş şəraitinin yaxşılaşdırıldığını, maddi-texniki bazalarının möhkəmləndirildiyini qeyd edən M.Pənahov, seçki komissiyaları üçün yaradılan bu şəraitin dünyada nümunə olduğunu bildirdi və buna görə ölkə rəhbərliyinə Mərkəzi Seçki Komissiyası adından minnətdarlığını ifadə etdi.

MSK sədri ilin sonunda təşkil olunacaq bələdiyyə seçkiləri ilə bağlı görülmüş işlər və növbəti mərhələdə həyata keçiriləcək layihələr barədə müşavirə iştirakçılarını məlumatlandırdı, tövsiyələrini verdi.

Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov Azərbaycanda 1607 bələdiyyəyə keçiriləcək seçkilərin yüksək səviyyədə təşkil olunması üçün lazımi şərait yaradıldığını bildirdi. H.Mövsümov qeyd etdi ki, seçkilərin keçirilməsi ilə bağlı bütün maddi-texniki problemlər aradan qaldırılıb. Dairə seçki komissiyalarının müasir tələblərə cavab verən şəraitlə təmin olunması seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsinə imkan verir. Eyni zamanda, ölkəmizin seçki qanunvericiliyi də dünyanın ən qabaqcıl ölkələrinin müvafiq sənədlərindən geri qalmır. Bununla belə görülən işlərlə kifayətlənilməməli, aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlığının artırılmasına, onların maarifləndirilməsinə daha çox diqqət yetirilməlidir.

“Bələdiyyə seçkiləri elə təşkil olunmalıdır ki, beynəlxalq təşkilatlar onu Azərbaycanın demokratiya istiqamətində növbəti qələbəsi kimi qəbul etsinlər”, - deyən Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, ölkəmizdə müsbət seçki təcrübəsinin formalaşdığını vurğuladı. O bildirdi ki, yeni qanun layihəsində bələdiyyələrin hər il seçicilər qarşısında hesabat verməsi nəzərdə tutulur. Əgər onların fəaliyyəti seçiciləri tərəfindən bəyənilməsə, həmin bələdiyyələr vaxtından əvvəl buraxıla bilər.

Daha sonra Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov, daxili işlər nazirinin müavini Oruc Zalov, Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev, Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov və Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzinin rəis müavini Fazil Məmmədov bələdiyyə seçkiləri ilə bağlı müxtəlif mövzularda təqdimatlarla çıxış etdilər.

Maarifləndirmə tədbiri növbəti gün dairə seçki komissiyaları sədrlərinin Bakı şəhərində yerləşən seçki dairələrində təcrübə mübadiləsi ilə davam etdiriləcək.

Layihənin ikinci mərhələsində oktyabrın 22-dən 24-dək dairə seçki komissiyalarının digər üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəz rəisi: DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

Fransanın dəmir yolçuları kütləvi tətilə hazırlaşırlar

XRİTDX rəsmisi: Hazırda kibertəhlükəsizlik sahəsində yeni yanaşmalar və tendensiyalar formalaşır

“Bitcoin”in qiyməti Yaxın Şərqdəki münaqişədən bəri ən aşağı səviyyəyə enib

Fransada həyəcan siqnalı: “Rafale” qırıcısı əmrə tabe olmayan təyyarəyə görə havaya qalxıb

Nazir müavini: Azərbaycanda kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

Xarici alimlər Azərbaycanda Səfəvilər dövrünü və köçəri tayfaların tarixini araşdırırlar

“Qardaşlıq körpüsü”: Ağdamda iki qardaş ölkənin şəhid ailələri bir araya gəlib

İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO

İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO

ABŞ-nin sutkalıq neft hasilatı 13,7 milyon barelə geriləyib

Britaniya təhlükəsizlik xidməti: Çin dövlət qulluqçularını saxta vakansiyalarla hədəfə alır

Kənd təsərrüfatında rəqəmsal nəzarət və süni intellekt texnologiyalarının tətbiqi artırılır

“Məktəb, elm və ədəbiyyat” layihəsi uşaqlarda mütaliə sevgisini gücləndirir

Fransa Ukraynaya “Rafale” və “Mirage 2000-5” qırıcıları tədarük edəcək

Rasim Əliquliyev: Kibertəhlükəsizlik sahəsində akademik potensialın rolu artır

Tarix, memarlıq və incəsənətin qovuşduğu məkan VİDEO

Tarix, memarlıq və incəsənətin qovuşduğu məkan VİDEO

Kim Çen In: Şimali Koreya nüvə materialı istehsal gücünü ikiqat artırıb

Pentaqon yanacağın bahalaşmasına görə hərbi təlimləri ləğv edir

Bu saata olan əsas xəbərlər

Azərbaycan Fransada dopinq maddələrinin əlçatanlığının məhdudlaşdırılmasına dair beynəlxalq konfransda təmsil olunub

Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü

ÜST: Mərkəzi Afrikada Ebola virusunun yayılması ilə mübarizədə hələ də ciddi çətinliklər var

Kənd Təsərrüfatı Nazirliyi: Aqrar sahədə subsidiya və regionlaşma mexanizmlərinin təkmilləşdirilməsi davam etdirilir

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub

DSX: Ötən ay 5,6 milyon manatlıq qaçaqmal aşkarlanaraq götürülüb

Tbilisidə XVI Regional Dayanıqlı İnkişaf Forumu işə başlayıb

Azərbaycanın enerji siyasəti bu sahədə kompleks strateji yanaşmanı əks etdirir ŞƏRH

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 4 dəfədən çox artıb

Gürcüstan Prezidenti: Regionumuz dinc yanaşı yaşama və dialoq məkanına çevrilməlidir

Zaur Əliyev: İdxal hesabına qarşılanan heyvandarlıq və quşçuluq məhsullarının ölkə daxilində istehsalını artırmaq məqsədimizdir

Nazir müavini: Üzgüçülük insanların sağlam həyata addım atması üçün önəmlidir

Rəhman Hümmətov: Avtonom nəqliyyat vasitələrinin tətbiqi ilə bağlı miqyaslı işlərin astanasındayıq VİDEO

Rəhman Hümmətov: Avtonom nəqliyyat vasitələrinin tətbiqi ilə bağlı miqyaslı işlərin astanasındayıq VİDEO

Ukraynanın “Freedom” telekanalı “Flame Towers” kompleksindən bəhs edib

AMEA: Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb

Xaçmazın bir sıra yaşayış məntəqələrində elektrik təsərrüfatı yenilənir

DSX: Mayda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

Nazir müavini: Meyvə və tərəvəz məhsullarının ixracının artırılması əsas hədəflərimizdəndir

Fərid Qayıbov: Çalışırıq ki, üzgüçülük idman növünü daha da inkişaf etdirək

Fransa Avropa ölkələrini Livanda təhlükəsizliyi və sabitliyi dəstəkləməyə çağırıb

Nazir müavini: Son 6 ayda Azərbaycanda 2 mindən çox zərərli internet resursu bloklanıb

Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib

BDU-da növbəti “Açıq qapı” günü: vətəndaşlara pulsuz hüquqi məsləhət veriləcək

Azərbaycanda yüksək məhsuldarlığa malik cins heyvanların ümumi heyvandarlıq fondunda payı 4 dəfə artırılacaq

Dünya İqtisadi Forumu: Hörmüz boğazı qlobal iqtisadiyyat üçün yeni təhdidə çevrilib

Xüsusi “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanı tətbiq ediləcək

Dövlət qulluğu imtahanlarında iştirak edəcək namizədlərin sayı açıqlanıb

Samir Axundov: Azərbaycan diversifikasiya, bərpaolunan enerji və dekarbonizasiyaya yönəlmiş mərhələyə qədəm qoyur

Bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ-hüquqi, texnoloji və institusional baza yaradılır

ABŞ-nin neft ehtiyatları azalıb

Zaur Əliyev: Aqrar sahənin inkişafında resurslara qənaət edən yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır

“Şamaxı” braziliyalı futbolçu ilə vidalaşıb

FIFA Dünya Kuboku zamanı stadionlarda təkrar istifadə olunan butulkaları qadağan edib

BDU-nun Astrofizika kafedrası: Bu gün geomaqnit qasırğası başlayır

Bakıda "Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi start götürüb

Moped sürücüləri üçün yeni tələblər müəyyənləşir

Abituriyentlər Qarabağ Universitetinin təhsil modeli barədə məlumatlandırılıb

® Əfsanəvi "Atletlər kəndi"ndə yeni dövr: "Olympic Residence" yaşayış kompleksi satışa çıxarılır!

Azərbaycan məcburi köçkünlərin reinteqrasiyası sahəsində dünyaya mühüm nümunə təqdim edir - ŞƏRH

Nazir müavini: Yeni dövlət proqramı Azərbaycanın ərzaq təhlükəsizliyini daha da gücləndirəcək

Allahverən İsmayılov: Süni intellekt kibertəhlükəsizliyə təsir edən əsas amilə çevrilir

Quraqlıq Asiyada məhsuldarlığa zərər verir və ərzaq qiymətlərini artırır

Rauf Cabarov: Müasir dövrdə kiberməkanda aparılan mübarizə ənənəvi təhlükəsizlik məsələləri qədər əhəmiyyət daşıyır VİDEO

Rauf Cabarov: Müasir dövrdə kiberməkanda aparılan mübarizə ənənəvi təhlükəsizlik məsələləri qədər əhəmiyyət daşıyır VİDEO

Qərbi Azərbaycana qayıdış ideyası regionda davamlı sülhün qurulmasına xidmət edir – ŞƏRH

Bakıda “Azerbaijan Jewelry Show” sərgisi keçirilir

Donald Tramp NBA finalının oyununu tribunadan izləyəcək

BMT Yəmənə humanitar yardım üçün dəstəyin artırılmasına çağırıb

DYP: Sükan arxasında bir anlıq məsuliyyətsizlik bütöv bir ailənin faciəsinə çevrilir

Maqbat Spanov: Orta Dəhlizin potensialından daha səmərəli istifadə üçün yeni əməkdaşlıq mexanizmləri formalaşdırıla bilər VİDEO

Maqbat Spanov: Orta Dəhlizin potensialından daha səmərəli istifadə üçün yeni əməkdaşlıq mexanizmləri formalaşdırıla bilər VİDEO

BTC ilə bu günədək 557 milyon tona yaxın Azərbaycan nefti nəql edilib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

ÜST: Zəhərli qidalar hər il təqribən 1,5 milyon insanın ölümünə səbəb olur

Dünya bazarında qızıl 33 dollar bahalaşıb VİDEO

Dünya bazarında qızıl 33 dollar bahalaşıb VİDEO

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri regionun simasını tamamilə dəyişir ŞƏRH

NBA: “Nyu-York Niks” final seriyasına qələbə ilə başlayıb

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Doktorantura və fəlsəfə doktoru imtahanlarının qrafiki müəyyənləşib

Azərbaycan nefti 104 dollara satılıb VİDEO

Azərbaycan nefti 104 dollara satılıb VİDEO

Azərbaycan minifutbol millisi Avropa çempionatında final oyununa çıxır

Qobustan qəsəbəsi ərazisində qəzalı körpü sökülür, yeni körpü inşa edilir

Azərbaycanın mədəni zənginlikləri Türkmənistanda təqdim olunacaq

Bakıda “4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

İngiltərədə hərbi helikopter qəzaya uğrayıb: Üç əsgər həyatını itirib

Xəzərdə zəlzələ olub

Simferopol şəhərinə hava hücumu nəticəsində 3 nəfər həlak olub

Zaxarova: Rusiya ABŞ ilə Ankoricdə başlayan danışıqları davam etdirməyə hazırdır

İsrail və Livan ABŞ-nin vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər

Əl-Hədəs: İran-ABŞ razılaşması dörd mərhələdə həyata keçiriləcək

Tramp kömür enerjisinin inkişafı üçün 700 milyon dollar ayırmaq istəyir

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

“Çanmi” fırtınası Tokioda güclü yağışlara və torpaq sürüşmələrinə səbəb olub

Kamçatka sahillərində 30-a yaxın zəlzələ qeydə alınıb

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

“Rheinmetall” Beynəlxalq Aerokosmik Sərgisində ən son hərbi texnologiyalarını təqdim edəcək

Zelenski: Ukrayna müharibənin diplomatik yolla başa çatdırılmasının istənilən formatına hazırdır

Ukraynada “Patriot” sistemləri üçün raket çatışmazlığı davam edir, lakin ABŞ-dən tədarük dayanmır

Tramp: İranla danışıqlar yaxşı davam edərsə, razılaşma həftəsonu baş verə bilər

BDU “Bakı Enerji Həftəsi” çərçivəsində innovativ layihə ilə təmsil olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib