SİYASƏT
Mərkəzi Seçki Komissiyası ikili vətəndaşlığı olan şəxsin deputatlığa namizədliyini ləğv edib
Bakı, 7 fevral, AZƏRTAC
Mərkəzi Seçki Komissiyası ikili vətəndaşlığı olan şəxsin deputatlığa namizədliyini ləğv edib.
AZƏRTAC "Secki-2020.az" saytına istinadla xəbər verir ki, MSK-nın fevralın 7-də keçirilən iclasında 86 saylı İsmayıllı seçki dairəsinin sədrinin həmin dairədən namizədliyi qeydə alınan Şahvələdov Məzahir Səfər oğlu ilə bağlı şikayətinə baxılıb.
Komissiyanın katibi Arifə Muxtarova bildirib ki, həmin dairənin sədri tərəfindən Şahvələdov Məzahir Səfər oğlunun ikili vətəndaşlığının olması ilə bağlı MSK-ya müraciət edilib. O, məsələ ilə bağlı araşdırmalar aparıldığını və həmin namizədin həqiqətən də ikili vətəndaşlığının olduğunun müəyyənləşdiyini bildirib.
İclasda 86 saylı İsmayıllı seçki dairəsində namizədliyi qeydə alınan Şahvələdov Məzahir Səfər oğlunun namizədliyinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2023 [11:03]
Azərbaycan parlamenti növbədənkənar sessiyasında 41 məsələni müzakirə edir
- 24.05.2023 [19:25]
İqtisadi Şuranın növbəti iclası olub
- 22.05.2023 [20:09]
Deputatlar Türkiyədə seçkilərə hazırlığın gedişi ilə tanış olacaqlar
- 22.03.2023 [20:20]