SİYASƏT
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Komissiyanın 2014-cü il noyabrın 21-də keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb və Komissiya üzvlərinin müzakirəsindən sonra daxil olan 4 müraciətin 3-nün təmin olunmasına, digər müraciətin isə təmin olunmamasına qərar verilib.
MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
İclasda cari məsələlərə də baxılıb.
Xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak ediblər.